Şamaxı sakini pay torpaq sahəsinin zəbt olunduğunu iddia edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:26 Kanada rusiyalılara qarşı yeni sanksiyalar tətbiq edib  |     21:25 Fransada meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib  |     21:10 Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm”  |     21:00 Fransanın xarici işlər naziri təyin olunub  |     20:43 Cozef Bayden İlham Əliyevi təbrik edib  |     20:39 Tom Kruzun Keyt Middltonla görüntüləri böyük müzakirələrə səbəb oldu - FOTO  |     20:29 Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEO  |     18:05 Popova: “COVID-19-u artıq mövsümi xəstəliklərə aid etmək olar”  |     17:36 “Meymun çiçəyi”nin "su çiçəyi"ndən fərqi nədir? - TƏBİB-dən açıqlama  |     17:27 Ötən gün COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |     17:18 Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - FOTO  |     16:48 ÜST “meymun çiçəyi” epidemiyası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ  |     14:36 “Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ  |     14:22 Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO  |     14:21 Evlərdən iki milyonluq oğurluq edən “alpinistlərə” HÖKM OXUNDU  |     14:19 Azərbaycanda yeni hərbi universitet yaradıldı  |     14:17 Qadın üzərinə benzin töküb yandırdı  |     14:15 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış  |     14:14 “Meymun çiçəyi” Avstraliyaya da çatdı  |     14:11 Azərbaycan nefti yenidən bahalaşıb  |    

Şamaxı sakini pay torpaq sahəsinin zəbt olunduğunu iddia edib
“Bizim Yol”a müraciət edən Şamaxı rayon Qızmeydan kənd sakini Quliyeva Nargilə Ağababa qızı pay torpaq sahəsinin əlindən alındığından şikayətçidi.

“Mən sovxoz dövründə uzun müddət işləmişəm. 1999-ci ildə torpaq bölgüsünə uyğun olaraq bizim ailə üzvlərinə də qanuni akt əsasında pay torpaq sahəsi verildi. Həmin dövrdən etibarən verilən torpaq sahəsindən səmərəli istifade etmişəm. Arpa, buğda əkmişəm. 2003-cü ildə həyat yoldaşım rəhmətə getdikdən sonra kəndin bələdiyyə sədri İrşad Zərbəliyev və Şamaxı rayon Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq müdiri Mehman Əfəndiyev vəzifə səlahiyyətlərindən sui-istifade edib əlbir olaraq qanuni əsaslarla bizə məxsus olan pay torpaq səhəsinin 2.5 hektarını Qızmeydan kənd Bələdiyyəsi İnkişaf Fondunun balansına keçirdilər”,-deyə N.Quliyeva bildirib.

Onun sözlərinə görə, o, Şamaxı rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər nəticəsiz qalıb: “Hətta yerli icra hakimiyyətinin məsul şəxsin kabinetindən qovulmuşam. 10 ildən artıq mənim yeganə dolanışıq mənbəyim olan əkin sahəsini qeyri-qanuni zəbt ediblər. Məhkəməyə şikayət etdim. Şikayətimə baxılmadı, üstəlik mən məhkəmədə 2000 manat məbləğində cərimə olundum”.//bizimyol.info






скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 003 10.05.18 14:04