Bu nazirlikdə 6 yüksək vəzifə boşdur (SİYAHI)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifəli şəxslər işdən çıxarılıblar."Report"un məlumatına görə, bununla bağlı nazir
Sahil Babayev müvafiq əmrlər imzalayıb.
Məlumata görə, nazirliyin Aparat rəhbəri
Əjdər Cəbiyev (Əjdər Ol), Aparat rəhbərinin müavini
Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq
Pərviz Cəfərova tapşırılıb. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə hazırda digər nazirlikdə çalışan şəxs təyin olunacaq.
Hazırda ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.
Qeyd edək ki, Ə.Cəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Elman Babayev isə 2014-cü ildən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!