“Real” Neymarı rekord qiymətə alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |     12:56 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO  |     12:55 Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi  |     12:54 Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO  |     12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |     12:02 Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”  |     11:45 Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb  |     11:34 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib  |     20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |    

“Real” Neymarı rekord qiymətə alacaq

Madridin “Real” klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsində “PSJ”nin hücumçusu Neymarla müqavilə bağlamaq niyyətindədir.

Bu barədə “Don Balon” nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Nəşrin məlumatına görə, klubun rəhbərliyi Neymara görə, 260 milyon avrodan keçməyə razılaşıb.

Bundan savayı 26 yaşlı “sambaçı”nı almaq üçün kral klubu beş futbolçusunu “PSJ”ə ötürməyə hazırdır. Klubun nümayəndələri artıq mart ayında Rioda hücumçu ilə görüşüb.

Neymar Fransa çempionatı və Parisdəki yaşayışın səviyyəsindən narazıdır, ona görə də, klubdan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 387 09.05.18 16:20