Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ata, ana və babanın öldüyü dəhşətli yanğının görüntüləri - VIDEO

08.05.2018 17:29 4 590
Ata, ana və babanın öldüyü dəhşətli yanğının görüntüləri - VIDEO
Masallı rayonunda ev yanıb.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Təzə Alvadı kəndində yaşanıb. 73 yaşlı kamran Əzimova məxsus ümumi sahəsi 180 m² olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evdə gecə saat 1 radələrində anidən yanğın baş verib. Alov qısa müddətdə bütün evi əhatə edib.

Evin 2-ci mərtəbəsində yatan 45 yaşlı Namiq Əzimov və onun həyat yoldaşı 35 yaşlı Zeynəb Əzimova dünyasını dəyişib. Namiq Əzimovun atası Kamran Əzimov isə ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Ailənin digər 3 üzvü isə xilas ola bilib.

Sahib Əkbərov - Zərərçəkənin qohumu: "Gəldik gördük dəhşət... Alov yuxarıdan başlayıb. Aşağıdakı 3 uşağı çıxartdıq. Nənəni çıxartdıq. Amma ata, ana, baba yuxarda idi. Alova yaxınlaşmaq mümkün deyildi. Baba özünü pəncərədən yerə atdı, amma hər yeri yanmışdı".

Hadisə yerinə polis əməkdaşları, Masallı və Cəlilabad rayonlarından yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub. Yanğını səhərə yaxın söndümək olub.

Evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Hadisənin elektrik naqillərində yaranan qısa qapanmadan baş verdiyi etimal olunur.

Faktla bağlı cinayət işi başlanıb. Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlii olacaq.

Son xəbərlər