“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR

Dünyanın ən populyar messenceri olan "WhatsApp"da növbəti yenilik tətbiq olunacaq.

Median.Az
lent.az-a istinadən xəbər verir ki, messencerdə reklamlar təqdim olunmağa başlanacaq.

Bunu proqramçılar üçün keçirilən "Facebook F8" konfransında "Facebook"un vitse-prezidenti David Markus deyib. "Reklam mövzusunda bunu deyə bilərəm ki, "WhatsApp"ı reklamlar üçün açıq hala gətirəcəyik", - deyə o, bildirib.

D. Markus ilk addım kimi böyük şirkətlərə birbaşa istifadəçilərə reklam göndərmək imkanı verəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən ay messencerin yaradıcıları Brayan Akton və Yan Kum istefa veriblər. Onlar messencerdə reklamların yerləşdirilməsinə qarşı idilər. İstefalardan sonra "Barclays" analitikləri "Facebook"un artıq "WhatsApp" üçün reklam satmağa başlayacağını təxmin etmişdi.

Xatırladaq ki, "Facebook" "WhatsApp"ı 2014-cü ildə 19 milyard dollara satın alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 279 05.05.18 15:07