Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu

Bir neçə gündür ki, Nizami rayonu ərazisində mənbəyi məlum olmayan pis qoxu yayılır və sakinlərin narahatlığına səbəb olur.

Bu gün də səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ də çəkilməyib. Qaz və mazut qoxusu daha çox Babək prospekti tərəfdə hiss olunur, “Koroğlu” metrostansiyasına qədər geniş bir ərazini əhatə edir.

Rayonun Fəhlə prospekti istiqamətində yaşayan sakinlər də qoxunun orada da kəskin şəkildə hiss olunduğunu bildirirlər.
Havadakı bu xoşagəlməz qoxunun Babək prospektində fəaliyyət göstərən Bakı Neft Emalı Zavodunda aparılan işlərlə əlaqəli olduğu güman edilir.

Məsələ ilə bağlı açıqlama verən Nizami rayonu icra başçısının I müavini Qərib Məmmədov qaz qoxusunun yayılma səbəbini belə izah etdi: “Qoxunun yayılma səbəbi Babək prospektində yerləşən Neft Emalı Zavoundan tullantıların havaya buraxılması ilə bağlı ola bilər. Bu tullantıların qoxusu ətrafa yayılır, bir müddətdən sonra çəkilir”.//musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 600 05.05.18 13:27