Afrikadan qayıdan azərbaycanlı idmançıda tropik malyariya aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |    

Afrikadan qayıdan azərbaycanlı idmançıda tropik malyariya aşkarlanıb

Azərbaycanda beş ildir ki, malyariyaya yerli yoluxma halı qeydə alınmır.

Median.Az
xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov deyib.

S. Məmmədov bildirib ki, ötən əsrdə Azərbaycanda malyariya ilə bağlı beş böyük epidemiya qeydə alınıb. Son epidemiya zamanı 1994-cü ildən başlayaraq aparılan tədbirlər nəticəsində 2000-ci ilə kimi xəstələnmə səviyyəsi azalmağa doğru gedib.

2013-cü ildən bu günə qədər Azərbaycanda malyariya ilə bağlı yerli yoluxma halı baş verməyib:

“Lakin gətirilmə, Azərbaycan üçün xarakterik olmayan malyariya xəstəliyinə, tropik malyariyaya ildə bir və iki, bəzən 4 dəfə rast gəlinir. Yəni yoluxma xarici ölkələrdə baş verir, amma aşkarlanma burada olur. Bu il cəmi bir nəfərdə - Afrikada komanda ilə birgə idman yarışında iştirak edən Azərbaycan vətəndaşında ölkəyə qayıdandan sonra tropik malyariya aşkarlanıb”.

Tropik malyariyanın çox ağır xəstəlik olduğunu deyən S. Məmmədov bu halın azyaşlılar və ahıl yaşlı insanlarda qısa zamanda ölümlə nəticələnə biləcəyini vurğulayıb.

Bu tip malyariyanın Azərbaycan üçün xarakterik olmadığını deyən şöbə müdiri həmin xəstəliyi yetişdirə bilən ağcaqanadların hazırda mövcud olmadığını bildirib.

Azərbaycan üçün xarakterik olan “üç günlük malyariya”ya 2013-cü ildən sonra yerli yoluxma halı baş vermədiyini açıqlayan S. Məmmədov buna baxmayaraq, malyariyaya qarşı tədbirlərin hər zaman yüksək səviyyədə aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, ölkəyə gəlib-gedənlər daim diqqət mərkəzində saxlanır. Bu xəstəliklə bağlı şübhəli əlamətləri, yüksək hərarəti olanlar, dalağında, qaraciyərində böyümə, qanazlığı qeydə alınan şəxslər nəzarətə götürülür.

Mütəxəssis qeyd edib ki, barmaqdan götürülən qan nümunəsi ilə malyariya diaqnozunun qoyulması mümkündür.

S.Məmmədov “üç günlük malyariya”nın xüsusiyyətlərindən də danışıb: “Bunu ancaq malyariya ağcaqanadı yoluxdura bilər. Əlamətlər günaşırı baş verir.

Xəstə əvvəlcə üşümə, sonra titrətmə hiss edir. Daha sonra hərarət qalxır. Bir-iki saat davam edəndən sonra hərarət öz-özünə düşür. Bir gün sonra daha kəskin əlamətlər baş verir".

S. Məmmədovun sözlərinə görə, aran və dağətəyi rayonlarından fərqli olaraq dağlıq bölgələr, eləcə də Bakının mərkəzində malyariyanın yayılma təhlükəsi yoxdur.

Mütəxəssis deyib ki, malyariyaya yoluxan şəxs müvafiq standartlara uyğun 17 günlük dərman müalicəsi qəbul edərsə, tam sağalır, xəstəliyin yenidən qayıtma riski çox aşağı olur:

“Dərmanı 17 gün yox, daha az qəbul edən şəxslərdə isə ağırlaşma qeydə alınır. Müvafiq müalicə qəbul olunmasa, bu, qaraciyər sirrozuna qədər gətirib çıxarır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 04.05.18 12:24