Prodüser Təranə Rəqsanənin qızına sərt ismarıc göndərdi : "Anasının və özünün elədiyi qüsurlarını çəksin paylaşsın" - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Prodüser Təranə Rəqsanənin qızına sərt ismarıc göndərdi : "Anasının və özünün elədiyi qüsurlarını çəksin paylaşsın" - FOTO

Tanınmış prodüser Təranə Səmədovanın Median.Az-a verdiyi özəl müsahibəsini sizə təqdim edirik 

Deyilənlərə görə şou biznesdən getməyə hazırlaşırsınız,sizi bu sahədən uzaq salan nə oldu ?

- Şou biznes elə bir camiyədir ki, ordan nə qədər getmək istəsən də tam uzaqlaşa bilmirsən. Ancaq baxır kim ?! – naxışlı insan.Mən ilk dəfə bu sahəyə gələndə düşünməzdim ki,bu qədər məhşurluq əldə edə bilərəm. Mən yetərincə tanınmış simaya çevrildim, deməzdim sevilən simayam, amma yetərincə populyarlıq əldə etmiş insanam. Mən bu sahədən tam uzaqlaşa bilmirəm, çünki müəyyən bir gəlir hissəm buradan gəlir.

Son vaxtlar prodüser kimi fəaliyyət göstərmirsiniz, işlədiyiniz müğənni yoxdu. Bu fasilə nə ilə əlaqədardır ?

- Mən hər zaman səmimi danışan insanam, ona görə də açıq bir etiraf edim ki, mən hər zaman istəmişəm professional bir müğənni yetişdirim və ondan pul qazanım. Ancaq hazırki zəmanədə bayağılıq pul qazanır. Bayağı müğənnilərin yetərincə sayı artib və yetərincə də kütləvi olublar, təlabatlıdırlar. Mən də heç zaman özümə sığışdırmaram ki, bayağı müğənniyə gedim deyim ki, gəl mən səninlə işləyim.



Düşünürsünüz ki, hal-hazırki şou biznesdə sizi qane edən,işləyə biləcəyiniz müğənni yoxdur ?

- Mənim yeganə ürəyimcə olan,potensialını bəyənib işlədiyim müğənni Günay İbrahimli idi. O belə mənim haqqımı itirəndən sonra mən daha kimlə işləyəcəydim ki ?! Mən onla işləməyin, uğurun və pul qazanmağın yolunu tapmışdım. Ancaq o məni yarı yolda buraxıb köməkçimlə birləşərək ayrılıb,çıxıb getdı. Onun ilə oldu dost, mənim ilə oldu düşmən. Halbuki onu bu sənətdə yetişdirən və püxtələşdirən mən olmuşam. Hazırda da o müğənni var, ancaq mənim üçün yoxdur.

Neçə illərdir şou biznesdəsiniz,bu illər ərzində qazandığınız əsl dostunuz olubmu ? Hansı ki, dar gününüzdə dost deyib onu yanınızda görə bilmisiz 

- Bəli dar günlərimdə yanımda olan dostlarım olub,ancaq zaman keçdikcə onlarda xasiyyət dəyişikliyi baş verib. İllər öncə həddindən artıq çox güvəndiyim bir insan Günel Ələkbərova idi.Mənim dar günlərimdə o mənim yanımda olub,onun dar günlərində mən onun yanında olmuşam.Ancaq illər sonra o xanımda xasiyyət dəyişikliyi baş verdi.Ona görə də mən o insanla bir araya gələ bilmirəm. Biz düşmən deyilik,sadəcə olaraq fikirlərimiz üst-üstə düşmür.

Prodüserlərin bəziləri digər peşə sahəsi ilə də məşğul olmağa başlayıblar. Sizində tez-tez avtomobil icarəsi şirkətini öz sosial şəbəkədəki hesabınızda paylaşdığınızı görürük. Həmin şirkət sizə məxsusdur, yoxsa reklam üçün paylaşım edirsiz?

- Şirkətin sahibkarı var, ancaq icraçı direktoru mənəm. Baxıram ki,müğənnilərdən çox avtomobilə təlabat var imiş (red-gülür).

Sizcə biznes ledi olmaq rahatdır yoxsa prodüser ? 

- Bilirsiz bəzi müğənnilər müəyyən vaxtlarda prodüserlə köməkçini qarışdırırlar.Mən professional bir prodüserəm, kiminsə şəkil çəkəni, çanta gəzdirəni, disk daşıyanı deyiləm.Bir zamanlarda dörd ay ərzində işlədiyim bir müğənnini də buna görə yanımdan uzaqlaşdırmışam.Hansısa mənim atılan dırnağım olmuyan,bir balaca ciyiltili səsi olan müğənni ilə işləməkdənsə ,biznes ledi olmaq daha yaxşıdır.





Bir neçə müddət əvvəl tez tez sizə gələn sevgi etiraflarını, adınızla bağlı gül çələnglərinin və hədiyyələrinizin şəkillərini sosial şəbəkə hesabınızda paylaşırdınız. Ancaq bir neçə vaxtdan sonra belə paylaşımlarınız olmadı.Deyilənə görə sevdiyiniz şəxsdən ayrılmısız 

- Xeyir,hər şey qaydasındadır.Sadəcə gördüm ki, problemlər və söz-söhbətlər çox yaranır ona görə paylaşımları dayandırdım.Hədiyyələr də yerindədir, həmin şəxs də həyatımdadır, sadəcə olaraq paylaşımlar etmirəm.

Bəs bu münasibətinizi rəsmiləşdirib yenidən ailə həyatı qurub və ikinci dəfə ana olmaq istəyərdinizmi ?

- Bu suali gərək ona verərdiniz ,özünüz də onu gördünüz ( red-gülür ) Hər şeyı zamana həvalə etmişəm.Mən hər zaman demişəm ki, mənim sahib olduğum bir övladım və bir anam var.Başqa heç kimim yoxdur.Əgər həyatımda olan insan bunu mənə rəva bilib icazə verərsə istiyərəm daha bir övladım da olsun.




Son günlər bütün mətbuatın gündəm mövzusu sizin bir vaxtlar böyük qalmaqal yaşadığiniz xanım müğənni Rəqsanənin qızının kimsəsiz uşaqlar evi ilə bağlı paylaşdığı ifşa xarakterli videosudur. Sizin də səhifələrin birində bu mövzu ilə bağlı atmacalı şərhiniz olmuşdu. Bu hadisə ilə bağlı daha dəqiq fikrinizi bilmək istərdik

- Mən açığın deyim ki,ətim tökülür.Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz.Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir.Özünü reklam etmək istəyir.Belə şeylər mənə gülünc gəlir.Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın.Ayıbdır,durub guya ki,kiminsə ayıbını tapırlar.Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib,qalib gəlməyini gözləyirəm.Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur.Kimisə tanımadığımız halda mühakimə etmək çox səhfdir.Kənardan hər şey başqa cür görsənə bilər,ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə.

Sizin Rəqsanə xanımla olan qalmaqalınızdan artıq uzun illər keçib,ancaq hələ də içinizdə ona qarşı kin və qəzəb var.Bəs bunun əsl səbəbi nədir ?

- Mən kinli insan deyiləm,gətirsin mənə olan az qala yüz min manata çatan borcunu ödəsin, pullarımı qaytarsın mən də bu qədər həmin insana kinlə aqressiv yanaşmayım. Mənim üçün bu insan mövcud deyil. Onun üçün borca pullar götürmüşdum, ancaq sonda məcbur qalıb o pulları özüm ödəməli olmuşam.Anasi anamın dizindən öpüb yalvarırdi ki,qızım türkiyədə həbs olunubdu,onun işlərini həll etmək üçün pul lazımdır.Anam da müəyyən insanlardan onlara görə zamin durub pullar götürmüşdü. O pulları da ödəmədikləri üçün onların üstünə yığılan əlavə borcları da biz ödəməli oluruq. Ona görə də etdiyim bu yaxşılıqların heç birini ona halal etmirəm, nə qədər pul qazansa da heç vaxt o pullarının bərəkəti olmayacaq. Mən bu gün ki, gündə övladıma ürəyim istiyən kimi baxa bilmirəm, evimi indiyə kimi təmir etdirməmişəm. Mən buna görə ona halallıq verə bilmirəm, bilmərəm də, və mən tək deyiləm, mənim kimi respublikada neçə insanlar var ki, ona halallıq verməyiblər. Bu insanlardan halallıq almamış necə rahat yaşaya bilər ?! Bundan sonra mənə verəcəyi cavab məni maraqlandırmır. Gətirib mənim pullarımı qaytarmayınca mənim üçün o insan cildində olmayacaq.



Son olaraq sizə bir sualımız olacaq.Yaşadığınız bu illər ərzində ən böyük peşimançılığınız nə olub və nəyi həyatınızın yaşanan dönəmindən silib təmizləmək istərdiniz ?

- Həyatda heç birimiz ikinci və ya üçüncü dəfə yaşamırıq.Bu həyat hər kəsə bir dəfə verilir.Ona görə də səhflərimiz olmalıdır ki, sonra düzgün addımlar atmağı bacaraq. Ona görə heç vaxt heç nəyə görə peşiman olmuram. Həyatımdan sılıb atmaq istədiyim dönəm isə 2006-cı ilin sentyabr ayında anam on beş gün durmadan ağlayan zaman mənə ailə qur deyəndə, mən isə ona yalvaranda ki, mənə icazə ver mən ayaq üstdə dayanım,özüm pul qazanım,sonra ailə həyatı quracam. O dönəmlərdə kaş mənim anam,mənim anam olaydı,başqasına analıq etməyəydi. Kaş o ailə həyatı olmayaydı.Çünki bilirdim ki,ailə qurduğum adam mənlik adam deyil,çözmüşdüm o insanı artıq.Və burdan analara səslənirəm ki,qız övladlarını tez ərə verməyə tələsməsinlər.

Nicat Yunisbəyli
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 714 03.05.18 22:55