Azərbaycanda narkoman qadınların sayı açıqlandı - HESABAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |    

Azərbaycanda narkoman qadınların sayı açıqlandı - HESABAT

2018-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair hesabat yaydı.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Unikal.org-a verilən məlumata görə, belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilmişdir ki, onlardan 304-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədədçətənə kolu müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kq 197,362 qr marixuana(50,6%), 87 kq 259,777 qr tiryək (16,8%), 135 kq 722,762 qr heroin (26,2%), 27 kq 467,44 qr həşiş (5,3%), 4 kq 368,229 qr digərləri (0,8%), 1 kq 616,111 qr psixotrop maddələr (0,3%), və 4490 ədəd həb təşkil etmişdir.

Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-sı işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 3-ü Rusiya Federasiyası 2-i İran İslam Respublikası, 2-i Ukrayna, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 148 nəfər təşkil etmişdir ki, onlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil etmişdir ki, onların da 1823 nəfəri İNİ olmuşdur. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilmişdir.

2018-ci ilin müvafiq dövrü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 551 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülmüşdür.

Həmçinin, hesabat dövründə 784 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 253 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan 179 nəfəri Respublika Narkoloji Mərkəzində, 51 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 451 03.05.18 17:01