Məşhur videobloger Hüseyn Əzizoğlunun avtomobili cərimə meydançasına aparılıb.
Blogerə məxsus "10 SL 019" dövlət nömrə nişanlı "Niva" avtomobilində konstruksiya dəyişikliyi olub.
Avtomobilə quraşdırılmış ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar, eyni zamanda 25%-lik plyonka və bir neçə digər avadanlıqlar qanunda nəzərdə tutulmuş qaydalara ziddir.
Hüseyn Əzizoğlu Baku.ws-ə açıqlamasında avtomobilinin cərimə meydançasına aparıldığını təsdiqləyib. DYP-dən də bildirilib ki, həmin "10 SL 019" dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb.