İki övladını öldürməkdə ittiham olunan Yelena Kərimovanın cinayəti ətrafında baş verən təfərrüatlar ortaya çıxır.
Yelenanın anası Natalya Testenkova yeznəsinin cinayətkar olduğunu və beynəlxalq axtarışa verildiyini söyləyib:
"Yelenanı ailə qurmaq fikrindən daşındırmaq istədim, amma o yenə də ərə getdi. Sonra onlar Moskvaya yollandı. Bir neçə il sonra Yelena evə ərsiz və ikinci uşaqdan hamilə olaraq qayıtdı. Kərimov geri qayıdanda Yelenanı tapdı və onu uşaqları ilə hədələməyə başladı".
Yelenanın yaxın ailə üzvləri bildirir ki, o, 12 mart 2018-ci ildə boşanmaq haqqında ərizə verib. Bu addımdan sonra iki uşaq anası çox sevinirdi. Yelenanın əri Kərimov azərbaycanlıdır. İddiaya görə, onun Ukraynada saxta vətəndaşlığı var. Yelenayla Kərimov beş il əvvəl tanış olub.
Yelenanın anası iddia edir ki, yeznəsi bu cinayəti özü qurub və uşaqları oğurlayaraq Azərbaycana aparıb: "Biz dünyanın hər yerində onları axtaracağıq. Qoy onlar Azərbaycanda daha yaxşı olsun, amma sağ qalsınlar" — uşaqların nənəsi danışır./baku.ws