Azərbaycanda sürücülər benzini maye qaza dəyişir - "Qiymətdə yarıbayarı fərq var..." - VİDEO » Median.Az News Agency


Azərbaycanda sürücülər benzini maye qaza dəyişir - "Qiymətdə yarıbayarı fərq var..." - VİDEO
Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox yol qət etmək olur. Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazdan əsas fərqi daha qənaətcil olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.

Median.Az
xəbər verir ki, ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.

Metan qazının avtomobillərə quraşdırılmasının qiyməti isə propan qazdan elə də fərqlənmir. Yəni bu sistemin 4 silindirli avtomobillərə quraşdırılması 1250 manat, 6 silindirli avtomobillərə quraşdırılması isə 1350 manat, 8 silindirli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.

Metan qazın yegənə mənfi cəhəti yanacaq doldurma məntəqələrinin az olmasıdır. Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir. /xezerxeber.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 342 01.05.18 12:56