15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar" - SƏRT ETİRAZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar" - SƏRT ETİRAZ

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov Bakıda "London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.

N.Bağırov açıqlamasında bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib: "Taksi sürücülərinin turistləri aldatması ilə bağlı Azərbaycan Turizm Assosiasiyası olaraq hələ bir il əvvəl məsələ qaldırmışdıq.

İndi də o fikirdəyik ki, bu cür problemlər aradan qaldırılmalıdır”.

O qeyd edib ki, taksi sürücüləri ilə bağlı nöqsanların aradan qaldırılması tədbirlərinə ilk növbədə Heydər Əliyev adına Binə Hava Limanından başlamaq lazımdır: "Çünki hava limanında dayanan taksi sürücüləri ölkəmizə gələn turistləri aldadırlar, 15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar. Ona görə də ilk növbədə Hava Limanında mövcud olan bu kimi problemləri həll etmək lazımdır.

Çünki turistlərin Azərbaycan haqqında ilk fikri məhz Hava Limanında yaranır. Bizə də taksi sürücüləri tərəfindən aldadılma ilə bağlı nə qədər turist tərəfindən şikayətlər daxil olur. Bu cür halların sayı onlarladır.

Avropanın hər hansı ölkəsinə səfər edən zaman turist taksiya minən kimi taksidə quraşdırılan sayğac çalışır və pul həmin sayğacın yazdığına əsasən ödənilir.

Daha taksi sürücüsü özündən yüksək vəsait uydurmur. Azərbaycanda turistləri aparan taksi sürücüləri yalandan vəsait uydururlar, sayğaca min cür fırıldaq edirlər. Nə olsun ki, apardıqları adamlar xarici turistlərdir? Məgər xarici turist anlamır ki, ona fırıldaq edilir, aldadılır? Heç kəs avam deyil”. N.Bağırov sözügedən nöqsanların aradan qaldırılması üçün Azərbaycan Turizm Assosiasiyası olaraq Mədəniyyət və Turizm Nazirliyinə (indiki adı Dövlət Turizm Agentliyi – müəllif) müraciət etdiyini söyləyib: "Çox təəssüf ki, hələlik bununla bağlı ciddi addımlar atılmayıb. Çox yaxşı olar ki, sadalanan problemlərin həlli üçün müvafiq addımlar atılsın. Çünki bu cür problemlər davam etdikcə, Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunmayacaq. Hər hansı xarici turist Azərbaycana gələn zaman oxşar hadisələrlə rastlaşdıqda, o, Azərbaycana gəlmək istəyən digər insanlara ölkəmizə gəlməməyi məsləhət görəcək. Bu da Azərbaycanda turizmin inkaşdına mənfi təsir göstərəcək”.

O əlavə edib ki, bu sahədə problemlər təkcə taksi sürücüləri ilə bitmir: "Bu gün restoranlarda və turizm şirkətlərində də oxşar problemlər mövcuddur. Çox təəssüf ki, Azərbaycanda turizm şirkəti kimi dələduzlar da fəaliyyət göstərir. Onlar bu sahədə lisenziyaların olmamasından sui-istifadə edirlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 545 01.05.18 12:26