Ordunun 100 illiyi ilə bağlı paradda - BİR İLK » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Ordunun 100 illiyi ilə bağlı paradda - BİR İLK

İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

Median.Az
“AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqillik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq builkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

“Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə - 1991-ci ildən indiyədək Bakı şəhərində dörd (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə bir hərbi parad keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 076 27.04.18 15:37