Həbsdə olan polis polkovniki: "Buraxın, xəstə balamın yanına gedim…" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Həbsdə olan polis polkovniki: "Buraxın, xəstə balamın yanına gedim…"

Azərbaycanda balıq biznesi qurmaq adıyla öz dostunu aldadıb, 185 min manatlıq dələduzluqda ittiham olunan polis polkovniki məhkəmədən onu azadlığa buraxmağı xahiş edir. Həbs olunmamışdan altı ay əvvələ qədər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi vəzifəsində işləmiş 58 yaşlı Fərhad Məmmədxanovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Aprelin 18-də onun məhkəməsində «Caspian Fish” şirkətinin əməkdaşı Gülməmməd Muradov şahid qismində dindirilib.
O bildirib ki, F.Məmmədxanovu su polisində rəis olan vaxtdan tanıyıb: «O vaxt müsadirə olunan balıqları bizə təhvil verirdilər. Bir gün mənə dedi ki, bir hacı dostu var (zərərçəkmiş Eldar Hənifəyev), iş qurmaq üçün pul verir. Razılaşdıq. Rayonda böyük ferma tikdik, iş qurduq. Bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır, 50 min verdim. Bir müddət sonra yenə hacıya pul lazım olduğunu dedi, bu dəfə 100 min də tapıb verdim”.

Təqsirləndirilən polkovnik özü də ifadə verib. Bildirib ki, dövlətə hər zaman sədaqətli olub: «38 il orqanda dövlətə kişi kimi xidmət etmişəm. İndi danışsam da, kimdi mənə qulaq asan? Eldarla ailəvi dost olmuşuq. Yenə deyirəm, ona borcum var, amma o qədər yox. Balam ağır xəstədir, buraxın gedim yanına. «Quran” gətirin, əl basım ki, borcumu verəcəm”.

Zərərçəkmiş Eldar Hənifəyev bildirib ki, əvvəlcədən borcu olduğunu etiraf etsəydi, məsələ bu yerə çatmazdı: «Onun uşağı xəstələnəndə birinci mən getdim. Ailəsinə mən kömək etmişəm, yenə dolana bilməyəndə edərəm də. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə, bunlar mənə qara yaxdılar ki, guya faizə pul vermişəm. Bu adamın 5-10 il içəridə yatması mənə heç nə vermir”.
Vəkillə məsləhətləşmək üçün
məhkəmədən bir həftə vaxt istəyən zərərçəkmiş deyib ki, qarşı tərəfdən müəyyən təkliflər gəlib, onu müzakirə etmək istəyir. Onun istəyi ilə məhkəmə aprelin 25-nə qədər təxirə salınıb.

İttihama görə, F.Məmmədxanov ailəvi dostu olan Eldar Hənifəyevdən balıq biznesi qurmaq adıyla pulu alandan sonra hər ay 5 min dollar olmaqla, altı ay ərzində ona qazanc verib. İddia olunur ki, polis polkovniki Hənifəyevin etibarını qazanmaq üçün belə addım atıb. Lakin F.Məmmədxanov onu aldatmadığını bildirir. Lakin dostuna borclu olduğunu da etiraf edir. //criminal.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 246 19.04.18 13:02