Toy karvanını avtoşouya çevirdilər – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Toy karvanını avtoşouya çevirdilər – VİDEO

Bərdə rayonu ərazisində toy karvanında avtomobil idarə edən sürücülər qaydaları kobud şəkildə pozublar. Əksər sürücülər avtomobilini əks yola çıxararaq sürüblər.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, bu görüntülər dünən günorta saatlarında Bərdədə çəkilib.

Rayonun Kətəlparaq kəndi ərazisindən rayon mərkəzi istiqamətinə gedən toy karvanındakı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozublar.

Kortecdə olan sürücülərin əksəriyyəti əks istiqamətə çıxıb və qarşıdan gələn avtomobillərin yolunu bağlayıb. Bununla da onlar digər avtomobillərin yoldan kənara çıxmasına da səbəb olublar.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burada sürücülər bir yox, bir neçə inzibati xəta törədiblər. Onlar bu hərəkətləri ilə təkcə öz həyatları üçün yox, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıblar

Ekspert vurğulayıb ki, toy kortecində avtomobil sürmək sürücülərə əlavə səlahiyyətlər vermir.

Ona görə də, sürücülər bu məsuliyyəti dərk etməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar

Bu sürücülər pozduqları qayda pozuntusuna görə 4 bal və 100 manat məbləğində cərimə olunmalıdırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 631 17.04.18 11:53