Dənizdən meyidi tapılan gəncin son “Whatsapp” paylaşımı: “Məni şərlədilər…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Dənizdən meyidi tapılan gəncin son “Whatsapp” paylaşımı: “Məni şərlədilər…”

“Günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”

Aprelin 1-dən itkin düşdüyü bildirilən 22 yaşlı Balabəy Balayevin cəsədi Səbail rayonundakı Dənizkənarı Parkın ərazisində sudan çıxarılıb. Bu barədə Meydan TV-yə B.Balayevin ailəsi məlumat verib. B.Balayev Bakının Xəzər rayonunun Türkan qəsəbə sakini olub. Gəncin itməsi barədə Meydan TV-yə danışan yaxın qohumu Vüqar Əmirov deyirdi ki, ailəsi oğlunun itməsində çalışdığı “Şah oil” yanacaqdoldurma məntəqəsinin rəhbərini günahlandırır:

“Həmin yanacaqdoldurma məntəqəsinin müdiri Balabəydən tez-tez pul tələb edirdi. Hər dəfə də bəhanə gətirirdi ki, guya haqq-hesab vaxtı Balabəyin məntəqəyə pul əksiyi çıxır. Sonuncu dəfə də uşağın atası Azər Balayevə aprelin 1-də zəng vurub, deyib, oğlunun 431 manat əskiyi var, gətir ödə. Atası da Balabəyə zəng vurub, Balabəy ağlayıb, deyib, müdir yenə məni sıxışdırır. Atası da deyib ki, oğlum, narahat olma, gəlirəm, pulu gətirirəm. Atası ora çatanda görüb ki Balabəy işdə yoxdur, telefonuna zəng vurub, bağlı olub. Orda işləyənlərdən soruşanda deyiblər ki, Balabəy elə iş geyimində hasardan hoppanıb qaçdı.

Müdirdən Balabəyi soruşub, o da xəbərsiz olduğunu bildirib”.

“Şah Oil” yanacaqdoldurma məntəqəsi Xətai rayonu ərazisində yerləşir. Ailə itki ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verib. Qohumunun sözlərinə görə, Balabəyin “Whatsapp”-dakı sonuncu paylaşımı təxminən belədir: “Məni şərlədilər, günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”. “Şah Oil”-in rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 159 16.04.18 20:49