NATO baş katibindən Türkiyənin ittifaqdan çıxarılması tələblərinə münasibət » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |    

NATO baş katibindən Türkiyənin ittifaqdan çıxarılması tələblərinə münasibət

"Türkiyə ittifaqda açar rol oynayan bir müttəfiqdir. Türkiyə birgə təhlükəsizlik fəaliyyətimizə töhfəsini verir və İŞİD-ə qarşı mübarizədə böyük rol oynayır". NTV-nin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. "Türkiyə NATO üçün çox iş görür. NATO Türkiyənin yanındadır. Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir. Bugünki görüşdə iyul ayında keçiriləcək NATO zirvəsinə hazırılıq məsələləri də müzakirə olundu. Çavuşoğlu Afrin əməliyyatı ilə bağlı məni məlumatlandırdı. "Zeytun budağı" əməliyyatında Türkiyənin şəffaflıqla hərəkət etməsindən məmnunam. Dumada baş verən kimyəvi hücumdan da danışdıq. Kimyəvi silahlar qadağandır. Bununla bağlı beynəlxalq razılaşma var. Son hərbi əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silah imkanlarının azaldılmasıdır. Bu, bir mesaj idi", - deyə Y. Stoltenberq vurğulayıb.

Baş katib "Türkiyə NATO-dan çıxarılsın" çağırışlarına da münasibət bildirib: "Türkiyə NATO-nun olduqca önəmli bir üzvüdür. Türkiyənin hərbi infrastrukturuna yatırım qoyuruq. Çox mühüm bir müttəfiqimizdir".

M. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə üzv ölkələrlə birlikdə NATO-nun genişləndirilməsinin tərəfdarıdır: "NATO-dan terrorla mübarizəmizdə daha çox dəstək gözləyirik. Bütün terror təşkilatları ilə mübarizəyə davam edəcəyik. Türkiyədə keçiriləcək NATO zirvəsində Suriya, İraq və Liviya kimi regional məsələləri də müzakirə edəcəyik".//APAскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 248 16.04.18 19:05