Banklarda dollar satışı ilə bağlı problem olduğu xəbərlərinə RƏSMİ CAVAB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Banklarda dollar satışı ilə bağlı problem olduğu xəbərlərinə RƏSMİ CAVAB

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fikirlərə reaksiya verib.

Qurumun sədri Zakir Nuriyev “Report”a açıqlamasında bildirib ki, banklarda dollar satışı ilə bağlı hər hansı problem yoxdur.

“Banklar dollar satışını adi qaydada həyata keçirir. Bununla bağlı hər hansı narahatlıq mövcud deyil. Azərbaycan Mərkəzi Bankı keçirdiyi hərraclarda bankları kifayət qədər valyuta ilə təmin edir. Sabah da hərrac olacaq və banklara lazımi qədər dollar veriləcək. Hər kəs qanuna uyğun olaraq, yəni 500 dollara qədər şəxsiyyət vəsiqəsiz, 500 dollardan çox şəxsiyyət vəsiqəsi ilə dollarla təmin olunur. Ola bilsin ki, bəzən bank filiallarında dollar satışına müvəqqəti fasilə verilsin. Bu da nahar fasiləsi və yaxud texniki problemlərlə bağlı ola bilər. Amma ümumilikdə banklarda dollar qıtlığı yoxdur”, - deyə o, qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 327 16.04.18 18:47