Məhkumlar səsvermədə iştirak edirlər - FOTO + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |    

Məhkumlar səsvermədə iştirak edirlər - FOTO + YENİLƏNİB

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasının 14 saylı Xəzər seçki dairəsinin 40 saylı seçki məntəqəsində məhkumlar səs veriblər.

Səsvermədə 1000 nəfər məhkum iştirak edir. Onlardan 700 nəfəri artıq səs verib.

* * * * *

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında məhkumlar prezident seçkiləri ilə bağlı səsverməyə başlayıblar.


Fəaliyyət göstərən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsində 8:00-da səsverməyə start verilib.

Məhkumlar onlara yaradılan şəraitdən istifadə edərək səsverməyə qatılıblar.

28 saylı Sabunçu seçki dairəsinin 38 saylı seçki məntəqəsində Bakı İstintaq Təcridxanasında da məhkumlar səs verirlər.

Bu məntəqədə 1067 məhkum səsverməyə qatılıb. Bu saata 400-ə yaxın məhkum səsvermədə iştirak edib.

Səsvermə prosesində iştirak edən məhkum Alışov Cahangir bu gün seçkilərin mütəşəkkil formada keçirildiyini deyib. O bildirib ki, şəffaf formada keçirilən səsvermədə artıq öz namizədini seçib:

“Bu gün Azərbaycanda prezident seçkiləri günüdür. Mən də bir məhkum vətəndaş olaraq səsvermə prosesində iştirak etdim. Demokratik şəraitdən istifadə edirik, hər kəs öz istədiyi namizədə səs verir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Məhkum Fətəliyev Habil də səsvermənin qanunlara tam uyğun şəkildə keçirildiyini qeyd edib:

“Burada hər bir şəxs öz seçici hüququndan tam şəkildə istifadə edir. Mən də məhkum olaraq iştirak etdim və öz namizədimi seçdim”.

Digər məhkum Tərlan Comərdov da seçkilərin normal şəkildə keçirildiyini deyib:

“Hər kəs öz istədiyi namizədə səs verir. Hər birimizə yüksək səviyyədə şərait yaradılıb. Sərbəst seçim edirik. Bizə yaradılan şəraitə görə rəhbərliyə minnətdarıq”.

37 saylı məntəqənin sədri İxtiyar Hüseynov deyib ki, seçkilər aparılır, səsvermədə siyahıda olanlar səs verirlər.

Həmin təcridxanada qurulan 38 saylı məntəqənin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə seçicilər aktiv iştirak edirlər:

“İndiyə kimi 25 faiz səs verib. Pentensiar xidmətin rəhbərliyi də normal şərait yaradıb. Məhkumlar gizli səsvermə yolu ilə öz seçimlərini edirlər”.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 036 11.04.18 12:26