Ölüm-qalım mübarizəsi: Böyük dövlətlər bir-birilərinə qarşı cəbhə açdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |    

Ölüm-qalım mübarizəsi: Böyük dövlətlər bir-birilərinə qarşı cəbhə açdı

ABŞ, Rusiya, İran və Türkiyənin üz-üzə gəlməsi təhlükəli tendensiyadır

Xəbər verdiyimiz kimi, Suriyanın Şərqi Qutan bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb. Vurulacaq bazalar arasında, əsasən şiə milis qüvvələrin olduğu strateji bölgələr də var. Bundan başqa, Homs və Tartus bölgələrində ABŞ-ın hədəfə aldığı 2 hərbi bazada rus əsgərlərin də olduğu bildirilir.

Hərbi bazaların vurulmasında Fransa, Böyük Britaniya, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı dənizdən, havadan və qurudan həyata keçiriləcək.

Suriyalı yetkili Zekeriye Molahafci ABŞ-ın detallı şəkildə vurulacaq bazaların xəritəsini çıxardığını və bir neçə gün içərisində bunları vurmağa hazırlaşdığını bildirib. O, ABŞ-ın Fransa, Böyük Britaniya və İsrail ilə birgə başda hərbi hava limanları olmaqla strateji nöqtələri bombardman edəcəyini iddia edib.

Bu arada, Amerikanın "Donald Kuk" hərbi gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb. Rusiyaya məxsus qırıcı təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş edib. Gəminin "Tomahawk" raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb. ABŞ donanmasının rəhbərliyi gəminin Larnakadan ayrıldıqdan sonra hara getdiyi barədə sualları cavabsız buraxıb.

Bu gün BMT TŞ-da qızğın Suriya müzakirələri gedib. ABŞ prezidenti Tramp isə bəyan edib ki, İran və Rusiyanı Suriyanın gözünə qatıb vuracaq. Maraqlıdır ki, artıq Kipr sahillərindəki ABŞ hərbi gəmisi Suriya sahillərinə yaxınlaşıb. Vaşinqtonun Suriyada birbaşa savaşa başlaması Birləşmiş Ştatlar üçün tarixi yanlışlıq ola bilər.

Artıq Suriyada vəziyyət çox dəyişib. Unutmaq olmaz ki, "Hizbullah"ın da əlində ballistik raketlər var. Bu raketlərin İsrailə tuşlanmayacağı zəmanətini heç kəs verə bilməz.

Əsədi devirmək artıq daha çətindir. 2012-ci ilin yayında Qərb Suriya partizanlarına yardım etməklə Əsədi məğlub edə bilərdi. Qərbin səssizliyi İŞİD və digər ekstremist qruplaşmaların hakimiyyəti əllərinə almasına səbəb oldu. Bu, terror təşkilatlarının dayaqları isə Fars körfəzi ölkələri idi.

Suriyada vəziyyətin gərginləşməsi İrana qarşı tələ də ola bilər. Türkiyə ilə İranın Suriyada toqquşan ciddi maraqları mövcuddur. Bu toqquşma Yaxın Şərqdə gedən proseslərə ciddi təsiri olan hər iki ölkənin münasibətlərini istər-istəməz gərginləşdirir. Həm Tehran, həm Ankara Suriya məsələsinə ölüm-qalım məsələsi kimi baxır. Çünki hər iki tərəf anlayır ki, Suriyada gedən proseslərdən uduşlu çıxmamaq həm Türkiyənin, həm də İranın dövlət kimi taleyinə, həm də Yaxın Şərqdəki proseslərdə xüsusi çəkisinə neqativ təsir edə bilər.

Bu səbəbdən situasiyanın daha geniş təhlilinə, münasibətləri formalaşdıran amillərin araşdırılmasına ehtiyac var. Vurğulayaq ki, Türkiyəyə xarici siyasəti üçün yeni bir fürsət yaranıb. Nəticədə İranın bir addım önə çıxmasını təəssüflə izləyən xarici qüvvələrin Türkiyəyə münasibəti dəyişmiş olub. Dünənə kimi Suriya mövzusunda Türkiyənin proseslərə müdaxiləsini yolverilməz sayan passiv qüvvələr bu dəfə Ankaranın bölgədə hərbi-siyasi cəhətdən aktivləşməsini istəyirlər.

Lakin Suriya böhranının ilk mərhələsində umduğu xarici dəstəyi ala bilməyən Türkiyə yenidən eyni situasiya ilə üzləşməmək üçün proseslərin ən aktiv oyunçusu rolunu bir şərtlə üzərinə götürür. Bu şərt Əsədin hakimiyyətdən getməsi və Suriyada uçuşa qadağan edilən bölgənin yaradılmasıdır. Əslində Suriyada uçuşlara qadağan edilən bölgənin yaradılması ilə Əsədin hakimiyyətdən getməsi arasında elə bir ciddi fərq yoxdur. Türkiyənin bu istəyi gerçəkləşərsə, Əsəd hakimiyyətdən getmək məcburiyyətində qalacaq.

Bəs Türkiyənin bu şərtinə və bölgədə artan roluna İranın münasibəti necədir? Təbii ki, Yaxın Şərqdə gedən proseslərin ən aktiv oyunçularından olan İranın bu şərtlərin diktə edəcəyi gerçəklikləri qəbul etməsi mümkün deyil. Çünki, Suriya İranın Livandakı "Hizbullah" təşkilatı ilə əlaqəsini təmin edən yeganə coğrafi həlqədir. Bu yol əldən çıxarsa, İran və "Hizbullah" arasında əsas əlaqə vasitəsi aradan qalxar və İran bölgədəki gücünün önəmli hissəsini itirmiş olar.

Digər tərəfdən, Suriyada hakimiyyət, idarəetmə Türkiyə iqtidarının "əlinə keçərsə", ərəb dünyasına olan dəhliz Türkiyənin diktəsi və nəzarətində idarə olunacaq. İran və Türkiyənin Suriyada kəsişən maraqlarından birini məhz bu amil təşkil edir.

Yaxın Şərqdə nüfuz müharibəsində tarixi rəqiblər olan İran və Türkiyə bu gün Suriya məsələsi və bölgədəki kürd problemi ilə bağlı üz-üzə gəlməkdədir. Hər iki tərəf öz maraqlarını təmin etmək üçün gizli yarışda fərqli layihələrlə irəli çıxmağa çalışır. Bu prosesdə hər iki dövlətin yürütdüyü siyasətin bir qolu da nüfuz müharibəsində Amerika və Rusiya kimi böyük gücləri öz tərəflərinə çəkmək istəyidir.

ABŞ, Rusiya, Suriya, İran və Türkiyənin üz-üzə gəlməsi təhlükəli tendensiyadır. Tramp bölgədə nüvə silahından istifadə edə biləcəyini dolayısı ilə olsa da bəyan edir. Bu isə artıq dünyanı yox edəcək "nüvə savaşı"nın başlanğıcıdır. Vaşinqton nüvə silahına əl atacaqsa, İran və Rusiya, "Hizbullah", hətta Pakistan da eyni cavabı verə bilər. Bu baxımdan, problemi danışıqlar masasına qaytarmaq son dərəcə zəruridir…//Sputnik Azərbaycanскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 10.04.18 20:52