Masazırda bibisini öldürən gənc ittiham üzrə özünü təqsirli bilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Masazırda bibisini öldürən gənc ittiham üzrə özünü təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az xəbər verir ki, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmə prosesində V.Şıxəliyev ittiham üzrə özünü təqsirli hesab edib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib və bir daha cinayəti namus üstündə törətdiyini bildirib. Onun sözlərinə görə, bibisinin evində vaxt aşırı naməlum şəxslər olub, axırıncı dəfə onu tanımadığı kişi ilə görüb : "Qapını açmaq istədikdə gördüm ki, bağlıdır. Bundan artıq nə olmalı idi ? Biz belə şeyi qəbul edə bilmərik".

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiəçinin suallarını cavablandırıb.

Proses davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 048 10.04.18 18:09