Yeni doğulmuş övladı olanlar bu xəbəri mütləq oxusunlar – CƏRİMƏ (VİDEO + FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yeni doğulmuş övladı olanlar bu xəbəri mütləq oxusunlar – CƏRİMƏ (VİDEO + FOTO)

ARB TV-nin “Günə doğru” verilişində övladını sənədsiz qoyan valideynlər haqda sujet efirə gedib.

Yeni anadan olan uşaq üçün doğum haqqında şəhadətnamənin vaxtında əldə edilməsi vacib olsa da bəzi valideynlər bu işə məsuliyyətli yanaşmırlar.

Nəriman İsmayılov (qeydiyyat şöbəsinin əməkdaşı): “Təlimatda göstərilir ki, yeni doğulmuş uşağa 1 ay ərzində şəhadətnamə alınmalıdır.Bunun alınmasında birbaşa valideynlər məsuliyyət daşıyır. Əgər alınmazsa, ya xəbərdarlıq edilir, ya da cərimə”.

Bərdə qeydiyyat şöbəsinin mütəxəssisi Nəriman İsmayılov deyir ki, belə hallara əsasən kənd yerlərində daha çox rast gəlinir. Bu da böyüməkdə olan uşaqlar üçün gələcəkdə çətinliklər yaradır.

Amma uşaq dünyaya gəldikdən sonra doğum haqqında şəhadətnamənin qısa zamanda alınmasını tərəfdarı olan valideynlər də az deyil.

Qeydiyyat şöbəsindən o da bildirildi ki, xəstəxanada dünyaya gələn körpələrin siyahısı Səhiyyə və Ədliyyə Nazirliklərinə ötürülür. Qeydiyyat şöbələri isə həmin məlumatlar əsasında yerli icra nümayəndəlikləri ilə əlaqə saxlayaraq vətəndaşlara, 1 ay ərzində uşaqlarının sənədlərini alması üçün bildirişlər verirlər.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 659 10.04.18 16:56