Bakıdakı tarixə düşəcək oğurluğun detalları » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |    

Bakıdakı tarixə düşəcək oğurluğun detalları

Ötən şənbə gecəsi Bakıda qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparıblar.

Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Bu cinayətin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, tibbi maska taxmış iki kişi gündüz bankomatın yanına gəliblər. Bankın Yasamal rayon filialının işçilərindən biri onlardan şübhələnib. O, naməlum şəxslərə yaxınlaşaraq nə işlə məşğul olduqları ilə maraqlanıb. Adamlar soyuqqanlılıqla cavab veriblər ki, “sanepidemstansiya”dan gəliblər və buraları dərmanla “dezinfeksiya” edəcəklər. Sonra naməlum şəxslər çıxıb gediblər.

Lakin bankomatın “dezinfeksiyası” kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.

“İki nəfər olduqları ehtimal edilən cinayətkarlar bankomatın yerini və ona haradan yaxınlaşa biləcəklərini qabaqcadan müəyyənləşdiriblər. Aparat avtobus dayanacağındakı köşkə quraşdırılıb. Cinayətkarlar köşkə daxil olaraq bankomatı içəridən yarıblar. Buna görə də, onların fəaliyyəti müşahidə kamerasına düşməyib.” — deyə polisdən bildiriblər.

İstintaqın versiyasına görə, oğrular bir neçə gün davamlı olaraq həmin bankomatı izləyiblər və terminala külli miqdarda pulun yüklənməsini gözləyiblər. Bundan dərhal sonra onlar hərəkətə keçiblər.

Hələlik faktla bağlı saxlanan yoxdur. İstintaq davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 417 10.04.18 13:23