Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb.

Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.

Bu barədə oxu.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:

“Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir”, - ekoloq qeyd edib.

T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır - siklon və antisiklon:

“Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb”.

Ekoloq qeyd edib ki, Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.

“Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon şaxta gətirəcək”, - ekoloq vurğulayıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 230 10.04.18 11:53