Azərbaycanda bu kəndin sakinləri ciddi təhlükədədir, ağır xəstəliklərə düçar olublar – FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |    

Azərbaycanda bu kəndin sakinləri ciddi təhlükədədir, ağır xəstəliklərə düçar olublar – FOTOLAR

Göyçay rayonu Qarabaqqal kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Belə ki, burada istifadə edilən su arxının yamacını və mal-qaranın örüş yerini rayonun zibillik poliqonu ediblər.

Bu barədə Minval.info-ya kənd sakini 2-ci qrup əlil Anar Xəlilov məlumat verib. O bildirir ki, bundan əvvəl Göyçay şəhərinin zibillərini maşınlarla Mirzəhüseyinli kəndinə boşaldıldırdılar: “Mirzəhüseyinli kənd sakinləri şikayət etdilər deyə, Ekologiya və Təbii Sərvətlər Naziriliyi tədbir gördü. İndi isə Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bizim kəndi zibillik poliqonu edib. Zibilin suyu Qarabaqqal kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır”.

A.Xəlilov həmçinin kəndin mal-qarasının örüş yerinin də burada yerləşdiyini deyir: “Buna görə hər gün kəndin mal-qarası bu zibillikdən keçib örüşə gedir. Artıq bu zibilliyə görə kənddə çoxlu sayda mal-qara zəhərlənərək tələf olub. Mən özüm bu zibiliyin mundarladığı arxın suyundan istifadə etdiyim üçün onkoloji xəstə olmuşam 2-ci qrup əliləm”.

Rayon sakininin sözlərinə görə, zibillik çirkabına bulaşmış sudan kənd camaatı içməli su kimi, əkin və mal-qara üçün istifadə edir: “Başqa su mənbəyi yoxdur. Hər gün bura Göyçayın mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır. Bu ciddi məsələ barədə rayon icra başçısı Mehdi Səlimzadəyə, 6 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinə və digər qurumlara müraciət etsək də heç bir tədbir görülməyib”.

Anar bəy söyləyir ki, vəziyyətin bu yerdə olması nəticəsində kənd sakinləri ağır xəstəliklərə düçar olub. Eyni zamanda mal-qara tələf olub və əkinlər yararsız hala düşüb
“Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev və kənd icra nümayəndəsi Seymur Nəbiyev laqeyidlik göstərirlər. Onlar icra başçısı Mehdi Səlimzadənin sifarişi ilə işləyirlər. Bu problem tez bir zamanda həll edilməsə kənd sakinləri məhv, mal-qara isə tələf olacaq” – Xəlilov deyir.
Kənd sakini Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin barəsində ciddi tədbirlərin görülməsini istəyir.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 161 09.04.18 17:22