İşsiz və evsiz olan xanım müəllim: “Uşaqlarımı oxuda bilmirəm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

İşsiz və evsiz olan xanım müəllim: “Uşaqlarımı oxuda bilmirəm”

1983-cü ildə Masallı rayonunda anadan olmuş Əskərova Aynur Soltanağa qızı üzləşdiyi çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya müraciət edib. Dolanışığından şikayət edən Aynur Əskərova bildirib ki, 15 illik ailə həyatı həyat yoldaşının ona qarşı aqressiv davranması ucbatından dağılıb. PressClub.Az-a danışan A.Əskərova bir müddət münasibətlərin qaydasına düşəcəyi və həyat yoldaşının sakitləşəcəyi ümidi ilə birbaşa boşanmaqdan vaz keçib və Bakıda yaşayan bacısı evində qalıb. Amma bu müddət ərzində həyat yoldaşı yenə də aqressivliyini davam etdirib:

"Məndən boşanmaq istədiyini bildirdi. Mən də onun bu qərarını sayğı ilə qarşılayıb, boşanmağa razılıq verdim. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 2018-ci ildə ərimdən boşandım. Hazırda Səbail rayonu, 20-ci sahədə, 28A mənzildə kirayədə yaşayıram. Bir qızım, bir oğlum var. Övladlarımın hər ikisi məktəblidir. Atalarının övladlarıma göndərdiyi 250 manat aliment pulu ilə yalnız kirayə pulunu ödəyə bilirəm. Digər məsrəflərə isə gücüm çatmır”.

Aynur Əskərova diqqətə çatdırıb ki, o, boşanma müddətinə qədər Lənkəran Humanitar Kollecində müəllim işləyib. Valideynləri dünyalarını dəyişdikdən sonra isə boşanmaya qədər Bakıya, bacısı evinə köçməyə məcbur qalıb:

"Bakıya köçdüyüm üçün Lənkəran Humanitar Kollecindəki işimi itirdim. Hazırda heç bir yerdə iş tapa bilmədiyim üçün övladlarımın gərəkli təhsil almalarında, onların maddi təminatlarında sıxıntılar yaşayıram. Oğlum oxuduğu məktəbdə əla qiymətlərlə oxuyan şagird kimi tanınır. Evsizlik və işsizlik şəraitində yaşamağımız oğlumun psixologiyasına təsir edir. Sevdiyimiz vətən – Azərbaycan üçün gələcəyin əsgəri olacaq oğlumu sağlam şəkildə böyütmək istəyirəm. İstəyirəm ki, övladlarım Azərbaycanımıza layiqli övladlar kimi yetişsinlər. İstəyirəm ki, övladlarım Vətənimizin ləyaqətli vətəndaşları kimi qürur duysunlar”.

A.Əskərova düşdüyü çətin vəziyyətdən çıxmaq üçün Mehriban xanım Əliyevadan kömək istədiyini bəyan edib: "Müraciət etməkdə məqsədim odur ki, işsizlikdən və evsizlikdən sıxıntılar yaşayan bir ana olaraq, mənə kömək edəsiniz. Mənə iş tapılmasında, mənzillə təmin edilməyimdə yardımçı olmağınızı xahiş edirəm. Məlumat üçün deyim ki, mən Lənkəran Dövlət Universitetinin Ekologiya və ətraf mühitin mühafizəsi fakültəsini bitirmişəm. Uzun müddət Lənkəran Dövlət Humanitar Kollecində ixtisas üzrə müəllim vəzifəsində işləmişəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 822 07.04.18 17:07