Bakıda təntənəli açılış — FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |    

Bakıda təntənəli açılış — FOTOLAR

Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) təntənəli açılış mərasimi olub.
Median.Az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib.

Türk dünyasının birliyindən danışan gənclər və idman naziri Azad Rəhimov türkdilli ölkələrin beynəlxalq arenada həmişə biri-birilərinə dəstək olduqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, biz eyni dilə, eyni dinə malik xalqlarıq. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığı həmişə diqqət mərkəzində saxlayır. Dostluğun və qardaşlığın nəticəsində XXI əsr türk dövlətləri əsri olmalıdır.

“Diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir”, - deyə nazir əlavə edib.
Türk Şurasının baş katibi Ramil Həsənov yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, birinci Türk Universiadasının Azərbaycanda təşkil olunması çox sevindirici haldır. Universiada növbəti illərdə də təşkil olunacaq və iştirakçıların sayı artacaq. İdman dostluğu tərənnüm edir. Bu yarış yeni dostluqların yaranmasına imkan verəcək.

Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimi başa çatdıqdan sonra güləş yarışları təşkil olunub.

Aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışacaqlar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 460 06.04.18 22:12