Bəzən istehsalçılar çirklənmənin mənbəyini axtarırlar Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatını keçirib.
Median.Az Real TV-yə istinadən xəbər verir ki, təqdimat zamanı bildirilib ki, laboratoriyada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrləri üzrə sınaqlar aparılır. Laboratoriya ölkədə akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub.
Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının müdiri Türkan Abbasova Real TV-yə açıqlamasında bildirib ki, laboratoriyada həm toxumlar, həm bitkilər, həm də işlənmiş məhsullar, şokaladlar, yağlar və s. yoxlanılır.
Bəzən istehsalçılar çirklənmənin mənbəyini axtarırlar
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatını keçirib.
Real TV xəbər verir ki, təqdimat zamanı bildirilib ki, laboratoriyada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrləri üzrə sınaqlar aparılır. Laboratoriya ölkədə akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub.
Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının müdiri Türkan Abbasova Real TV-yə açıqlamasında bildirib ki, laboratoriyada həm toxumlar, həm bitkilər, həm də işlənmiş məhsullar, şokaladlar, yağlar və s. yoxlanılır.
“GMO məhsullarında normalar necə hesablanır” sualına Türkan Abbasova belə cavab verib:
“Avropada heç bir toxum, yaxud bitkidə GMO məhsullarının əkininə icazə verilmir. Çörəyə soya unu qatılırsa, bu zaman malın içərisində GMO məhsulu 0,9 faizdən çox olmamalıdır. Bunu Avropa laboratoriyalar belə yoxlayırlar. Bizdə isə ümumiyyətlə GMO məhsullarına icazə verilmir. Dünya praktikasında GMO məhsulları daha çox heyvan yeməklərində olur. Tərkibinə görə proteini çox olan soya quş fermalarına verilir”.