Bakıdan Rusiyaya gedən sərnişinlərə xoş xəbər. Sürətli elektrik qatarları istifadəyə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıdan Rusiyaya gedən sərnişinlərə xoş xəbər. Sürətli elektrik qatarları istifadəyə veriləcək

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Dağıstanın xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Median.Az
xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.

Görüşdə, həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşınmalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiyadan gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. Qeyd edilib ki, hazırda Şahdağ idman kompleksinə dəmiryolu xəttinin çəkilməsi qərara alınıb və bu da ölkələrimiz arasında turizmin möhkəmlənməsinə köməklik göstərəcək.

C.Qurbanov, həmçinin gələcəkdə Bakıdan Dağıstan daxil olmaqla Rusiyaya qədər sərnişinlərin daşınması üçün "Stadler Rail Group"un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını vurğulayıb.

Qonaqlar, öz növbəsində, ölkəmizdə və dəmir yollarında həyata keçirilən əsaslı dəyişiklikləri yüksək qiymətləndirib, bunun qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar. Görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da artan xətt üzrə davam etdirilməsi qərara alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 630 06.04.18 17:50