Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün qanvermə aksiyası keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 5-də Moskvada Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində (UHOİ MTTM) uşaqlar üçün “Qanın milləti yoxdur” devizi altında donor qanvermə aksiyası keçirilib.

Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib: “Bu gün Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib.

RAGB tərəfindən təşkil olunmuş aksiyada Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.

Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.

E.Hacıyev vurğulayıb ki, qan verilməsinə görə donorlara ödənilən kompensasiya xəstəxananın hesabına köçürüləcək.

Aksiyada iştirak etmiş donorlardan biri – Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi kursant Xaliq Hüseynov deyib:

“Çox şadam ki, bu aksiyada donor kimi iştirak edirəm və hamını bizə qoşulmağa çağırıram. Bu gün verdiyimiz qanın hər damlası gələcək nəslə töhfədir”.

Xatırladaq ki, “Qanın milləti yoxdur” adlı donor aksiyası artıq 10 ildən çoxdur keçirilir. Aksiya təkcə Moskvada deyil, Rusiya Federasiyasının başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada gənclərin minlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə sərf edilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 740 06.04.18 13:14