“Körpəm məni görəndə qorxur” – Bədəninin 85 faizi yanan ananın FƏRYADI – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Körpəm məni görəndə qorxur” – Bədəninin 85 faizi yanan ananın FƏRYADI – VİDEO

ARB TV-nin “Sirdaş Rövşanə” proqramına bu dəfə 3 uşaq anası, bədəninin 85 %-i yanan qadının ailəsi müraciət edib.

Proqramın çəkiliş komandası qadının evində olub və o, xəstəxanada müalicə almaq üçün yardım istəyib:

“3 övladım var. Azyaşlı körpəmin ürəyində deşik var. Ona qovuşmaq istəyirəm. Qucağıma ala bilmədiyim üçün əzab çəkirəm. Digərləri özləri yaxınlaşır, amma bu körpədir. Mənə yaxınlaşır və qorxur gedir. Çox xahiş edirəm ki, mənə yardım etsinlər ki, xəstəxanada yataraq müalicə alım. Bacıdan, qardaşdan asılı olmaq istəmirəm. Utanıram, əzab çəkirəm. 10 dəqiqə otururam. Bədənim elə bil qaralır. Sanki istiotu yaraya səpirsən. Başım gicəllənir və qışqırıram. Ayağa duranda yaralarımdan qan açılır.”.

Qadına yardım edən bacısı Aynurə xanım bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Fevral ayının 15-i ehtiyyatsızlıqdan qaz alov tutub yanıb. Bədəninin 85 %-i yanıb. Şok keçirib, üşütmələr baş verib. Yaraları iylənmişdi, sarğılar yaralara girmişdi. Gecə səhərə qədər yatmır”.

Daha sonra efirə qonaq çağrılan Aynurə xanım hadisənin necə baş verdiyini proqramda danışıb:

“Evə qaz sızıb, bilməyib. Qızı yanğını söndürüb. O da bilməyib soyuq su əvəzinə isti su töküb. Psixoloji çox problemləri yaranıb. Özü dirəndi ki, balalarımı görmək istəyirəm. 1 günlük icazə verdilər. Daha sonra həkimlər dedi ki, sən 1 gün evdə çox yaxşı olmusan, elə evdə yat müalicə al. Evə də gəlib daha da pisləşdi”.

Ekspert qismində əyləşən plastik cərrah Mirəzim Zaidov bildirib ki, xəstənin vəziyyəti olduqca ağırdır:

“Övladlarını görmək istəyib və həkim məcburən onu saxlaya bilməz. Sadəcə olaraq elə vəziyyətdə uşaqlarını görmək düzgün deyil. Hal-hazırda vəziyyəti ağırdır. Fəsadı odur ki, ölə bilər. Xəstənin qərarına qalsa gərək xəstəni itirəsən. Doğru müalicə getmir. Mütləq xəstəxanaya yerləşdirilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 950 06.04.18 13:08