Bakıda maşın qiymətinə uşaq arabaları satılır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda maşın qiymətinə uşaq arabaları satılır - FOTO

Paytaxtın ticarət nöqtələrində kəskin qiymət fərqinin səbəbləri; bahalı həmişə keyfiyyətlidirmi? Valideynlər 5 məqama diqqət etməlidirlər… 

Azərbaycanda müxtəlif  ölkələrin- Rusiya, Türkiyə, İsveçrə istehsalı olan, bir-birindən fərqli uşaq arabaları satılır.  Hətta ölkəmizdə VAZ 2107 qiymətinə satılan uşaq arabaları var. Bəs keyfiyyət? Apardığımız müşahidəyə əsasən deyə bilərik ki, 87 manata da uşaq arabası almaq olar, 2000 manata da. Hətta sifarişlə 3000 manata uşaq arabaları gətizdirilir.

Əvvəlcə yolumuzu uşaq arabaları satılan brend mağzalardan birinə saldıq. Burada ən ucuz uşaq arabasının qiyməti 800 manata təklif edilirdi və qiymət arabanın funksiyalarına, rənginə və modelinə görə dəyişirdi. Satıcı Tərlan Məmmədov arabaların İsveçrə istehsalı olduğunu və sifarişlə gətirdiklərini dedi:  “Mağazamızdakı arabalardan başqa kataloq da var ki, müştəri kataloqdan istədiyi uşaq arabasını seçir və biz onu ən geci bir həftəyə çatdırırıq. Alıcılarımız kifayət qədərdir. Həm də bu, elə bir şeydir ki, övladının təhlükəsizliyini düşünən hər bir valideyn ucuza yox, keyfiyyətə can atır. Məsələn, bizim mağazamızda yer alan ən bahalı uşaq arabsı ”Trio Chicco İ-move” brendinə məxsusdur, qiyməti 1880 manatdır. Dəblə ayaqlaşan analar məhz bu arabaları seçir”.

Metroparkda baş çəkdiyimiz bir mağazada isə uşaq arabaları sırayla düzülsə belə, alıcı demək olar, yox idi. Digər mağazadan fərqli olaraq bu mağazanın satıcısı alıcıların az olduğunu dedi: “Gəlib qiymətlərlə maraqlanıb gedirlər. Bizdə 200 manata da uşaq arabası var, qarantiya da veririk. Amma çox insanlar baha olduğunu düşünür. Bu arabalardan uşaqlar 3 yaşadək istifadə edə bilər. İnsanlar bəzən ucuza qaçır. Amma bilməlidirlər ki, ”ucuz ətin şorbası olmur”. Məsələn, 500-800 manata olan uşaq arabası modellərinin materialı, parçası digərlərinə nisbətən daha keyfiyyətli olur. Sintetik tərkibli deyil. Təkərləri “amortizatorlu”dur. Uşaq rahat içində otura, uzana bilir. Yayda içinə hava girmək üçün xüsusi yerləri var. Bəzən deyirlər ki, mağazanızda satılan 1000 manatlıq uşaq arabası «Sədərək»də 300 manatadır. Unudurlar ki, bu eyni şey deyil. O, həmin firmanın saxta variantıdır. Gəlib eyni modelin burada olanına, materialına baxsınlar, sonra da «Sədərək»dəkinə baxıb müqayisə etsinlər. Fərq adi gözlə belə görünəcək”.

“Sədərək”dəki uşaq arabaları mağazasında isə qiymətlər xeyli fərqlənirdi. Belə ki, burada ən ucuz uşaq arabası 80 manat, ən bahalısı isə 300 manata təklif edilirdi. Satıcılardan məhsulun nə dərəcədə keyfiyyətli olduğunu soruşduqda bildirdilər ki, malı Pekindən alırlar və keyfiyyətindən də tam əmindirlər. Şəhərdəki mağazalardakı qiymətləri bildirdikdə satıcı Fuad Əliyev dedi ki, brend mağazalardakı məhsulu da Pekindən vurular: “Sadəcə, biz özümüz gətirdiyimiz üçün ucuz satırıq”.

Ancaq bir nüansa diqqət etdik ki, “Sədərək”dəki uşaq arabalarının bəzilərində “Made in Chin” etiketi olsa da, digər brend mağazalarda bu etiket yox idi. Satıcı “Sədərək”də də Türkiyə istehsalı olan uşaq arabalarının olduğunu, amma qiymətlərinin yenə də o brend mağazalarındakı kimi baha olmadığını dedi: “Məsələn, brend mağazada 1000 manata satılan uşaq arabası bizdə 500 manatadır. Həmin arabanın qiyməti ilə Türkiyədə maraqlansanız görərsiniz ki, orada qiymət bizim pulla 300 manatdır”.

Mütəxəssislər uşaq arabaları alarkən əsasən 5 nüansa diqqət etməyi tövsiyə edir: 1. Təhlükəsizlik 2. Rahatlıq. 3. Manevr qabiliyyəti. 4. Ağırlıq və istifadə asanlığı. 5. Zəmanət müddəti.

*****

Uşaq arabalarının yaranma tarixinə nəzər salsaq bu günümüzə qədər neçə mərhələdən keçdiyini görərik. Belə ki, XVIII əsrdə böyük britaniyalı Devonşir hersoqu  rəssam, memar və landşaft dizayneri Viliam Kentə uşaqları üçün araba düzəltməsini sifariş edir. 1733-cü ildə sifariş hazır olur. Kentin düzəltdiyi araba bizim tanıdığımız arabalardan çox fəqlənirdi. Bu, böyük arabaların kiçildilmiş çox gözəl dekorativ surəti idi və mütləq poni və ya uzunqulağın köməkliyi ilə hərəkət edirdi. Uşaq bu arabada ancaq otura bilərdi. Təkərli Kürsü tez dəb oldu. Artıq 1840-cı ildə belə arabalar uşaq məhsulları olan dükan və mağazalarda satılmağa başlayır. Hətta kraliça Viktoriya öz varislərinin gəzintisi üçün 3 ədəd araba alır. Bir neçə modelin hətta uzunqulaq tərəfindən çəkilməsindən imtina edildi və dayə və ya valideyinlərə arabaları çəkmək imkanı verildi. Daha sonra bu arabaların üçtəkərli variantı meydana gəlir. Bir az sonra beşik arabalar meydana gəlir ki, bunlarda çox balaca uşaqları uzanılı formada gəzdirmək olurdu. 18 iyun 1889-cu ildə Viliam Riçardson ilk arabaları patentləşdirir, hansı ki, onların oturacaqlarının mövqeyini valideyinlərin tərəf və ya əks tərəfə çevirməklə dəyişə bilirdi. İxtiraçı hətta arabanın sərt təkərlərini daha yüngül manevirlər edə biləcək formaya salır. XX əsrin əvvəllərində uşaq arabalarının sənayesi formalaşdı. Beləliklə də arabalar daha ucuz və əlçatan oldu. “Yeni Müsavat”




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 576 05.04.18 17:53