Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VIDEO

ARB TV-nin “Günə doğru” verilişində məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsi haqda sujet efirə gedib.

Şərq qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsini təklif edib edib.

Akif Aşırlı, qəzet redaktoru: “Sosial şəbəkələrdən istifadə qaydaları, insanların davranışını orta məktəbdən formalaşdırmaq lazımdır”.

Məktəblərdə sosial şəbəkələr haqqında dərslər keçirilsin. Səs-küyə səbəb olan təklifdir. Akif müəllim belə hesab edir, amma millət vəkili Fazil Mustafa belə hesab etmir.

Fazil Mustafa, millət vəkili: “Əslində gözəl təklifdir, amma səmərəsi olmayan addımdır. Sosial şəbəkə daha çox insanların müəyyən hazırlıq səviyyəsi olduqdan sonra daxil ola biləcəkləri bir platformadır”.

Yəni ki, sosial şəbəkələr dərsi məsələsini məktəbə qədər aparıb çıxarmaq mənasızdır. Bunu insanlar özləri tənzimləməlidir. Kiminsə fikrini bəyənməmək imkanına malikdirlər. Elə təhsil üzrə ekspert də bunu bəyənmir.

Elvin Bədirov, təhsil eksperti: “10 ilə yaxındır ki, Azərbaycanda tədris kurikulum sistemi ilə əsaslanır. Onun da başlıca məqsədi şəxsiyyət hazırlamaqdır”.

Razılaşmamaq olmur. Şəxsiyyət yetişdirmək təhsil sisteminin vəzifəsidir. Vəzifə yerinə yetiriləndə sosial şəbəkə dərslərinə ehtiyac qalmır. Çünki şəxsiyyət hər yerdə öz davranışlarına, hərəkətlərinə diqqət edə bilər. Amma Akif Aşırlı diqqəti digər tərəfə yönləndirir, bu kənar təsirlərdir.

Akif Aşırlı, qəzet redaktoru: “Sosial şəbəkələr üzərindən siyasət yürüdürlər. Bunların hamısına isə eyni dərəcədə məsuliyyət hissini aşılamaq çətindir”.

Bir məsələ var ki, intellekti yüksək olan, dünyaya baxışı normal sayılan şagirdə, tələbəyə heç bir güc təsir göstərə bilməz. Təhsildə diqqətdə saxlanılası vacib istiqamət var.

Elvin Bədirov, təhsil eksperti: “Düşünürəm ki, başlıca məqsədi təhsildə, məktəbdə keyfiyyət göstəricilərinə, şagirdilərə yaxşı dərslərin təmin edilməsinə yönəltsək, savadlı gənclər yetişdirsək, cəmiyyətimizin də bütün problemləri kökündən həll olar”.

Deməli təhsildə nə çatışmazlıq varsa onu düzəltməliyik. Çünki təhsilli adam düz insandır, getdiyi yol da düz olacaq. Deməli, problemi başqa tərəfdə axtarmaq lazımdır.

Maarifləndirici iş görmək olar ki, sosial şəbəkələrdə, nə yaxşıdır, nə pisdir?! Onsuz da yüksək təhsil sistemində yetişən şagird və tələbə artıq nümunəvi vətəndaşdır, davranışları, həyata baxışı və iş fəaliyyəti ilə.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 365 05.04.18 16:38