Bura zibil atmayın, "zibil"ə düşərsiniz! - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bura zibil atmayın, "zibil"ə düşərsiniz! - FOTO

Tələblərə əməl etməyən hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir

"2017-ci ildə məişət tullantıları ilə bağlı, ümumilikdə 575 akt və 199 protokol tərtib olunub. 180 qanun pozuntusuna görə 221 900 manat məbləğində inzibati qaydada cərimə edilib. Ətraf mühitə vurulan zərərlə bağlı 20399 manat iddia qaldırılıb, tullantıların yerləşdiriməsinə görə 439499 manat ödəmə tətbiq edilib və 110 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, bəzən müşahidə edilən tullantıların kim tərəfindən atıldığı məlum olmur.

"Belə olan halda hüquq mühafizə orqanları bu işlə məşğul olur. Məişət tullantılarının idarə edilməməsi İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir", — deyə Mirzəyev bildirib.

Sektor müdirinin sözlərinə görə, bu, eyni zamanda İXM-nin 266-cı maddəsi ilə də tənzimlənir: "Belə ki, 266.3 bəndinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir".


"Həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz, hüquqi şəxslər min manat məbləğində cərimə edilir", — deyə həmsöhbətimiz əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 263 05.04.18 16:18