Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb - Piyadaların həyatı təhlükədə - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb - Piyadaların həyatı təhlükədə - FOTO


Median.Az xəbər verir ki, paytaxtın Məhəmməd Hadi küçəsində 6 zolaqlı avtomobil yolu üzərində nişanlanma xətti yarıya qədər yoxdur. Bunu özündə əks etdirən fotodan da görmək olur.

Belə ki, iki istiqamətli və 6 hərəkət zolaqlı yolun zebr kimi tanıdığımız xətlər ilə işarələnmiş piyada keçidi yolun bir istiqamətində mövcud olsa da, digər istiqamətində nişanlanmayıb.

Buna görə də, piyadaların həmin yolu bir tərəfdən digər tərəfə keçməsində problemlər yaşanıb.

Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən yolda təmir işləri hələ yekunlaşmayıb: “Hazırda Məhəmməd Hadi küçəsində təmir tikinti işləri gedir. Yolun “Əhmədli” metrostansiyasına qədər olan hissəsində isə işlər yekunlaşıb. Hal-hazırda yolun davamı olaraq işlər görülür. Yolun bir istiqamətində işlər tamam yekunlaşıb, digər istiqamətində isə, hələ ki, yarımçıq qalıb. Dünən axşamdan xəttlənmə işlərinə start verilib. Sadəcə olaraq, bu gün həmin ərazidə sıxlıq yarandığından yolun bağlanmış istiqamətində də avtomobillərin hərəkətinə icazə verilib. Amma sözügedən fotonun isə bu məsələyə aidiyyəti yoxdur. Həmin fotoda göstərilən ərazi Novruz bayramı ərəfəsində təmir olunub və işlər tamam yekunlaşıb. Həmin ərazidə piyadaların keçidi ilə bağlı heç bir problem də yoxdur”.
Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb - Piyadaların həyatı təhlükədə - FOTO

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 148 05.04.18 14:56