Süpürgəçilərə xüsusi geyimlər paylandı - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Süpürgəçilərə xüsusi geyimlər paylandı - VIDEO

Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə DŞDYPİ-nin hərəkətin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Şahverdiyev, Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnin-leytenant Sadıx Abasov, rayon icra hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev və digər şəxslər iştirak ediblər. Avtosfer.az-ın müxbiri xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsəruffat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə təqdim edilib.

Jiletlər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun təşəbbüsü ilə idarənin vəsaiti hesabına alınıb. Təxminəm 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksyası var. Həmçinin 3 rejimdə xüsusi batariya ilə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır. “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub". Avtosfer.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 802 05.04.18 14:41