Azərbaycan tərəfi gürcü sərhədinə ağır texnika, əsgər çıxartdı (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |    

Azərbaycan tərəfi gürcü sərhədinə ağır texnika, əsgər çıxartdı (FOTO)

Azərbaycan-Gürcüstan sərhədinin Ağstafa rayonu istiqamətindən keçən 7 kilometrlik hissəsinə ötən əsrin 90-cı illərinin əvvəllərində basdırılmış tank və piyada əleyhinə minalar hələ təmizlənməyib. Virtualaz.org “Kavkazskiy uzel” portalına istinadən xəbər verir ki, 2015-ci ildə Böyük Britaniya və Amerika qeyri-kommersiya təşkilatı “The Halo Trust” Gürcüstan hökumətindən minaların təmizlənməsi üçün icazə alıb, lakin Azərbaycan tərəfi təşkilata minatəmizləmə işlərinə başlamağa icazə verməyib.



Bildirilir ki, sərhədin bu hissəsinə mindən çox tank və piyada əleyhinə minalar basdırılıb. Minalanmış ərazi Marneuli rayonunun Kirac-Muğanlı, Təkəli, Qaçağan kəndlərinin yaxınlığındadır. 1991-ci ildə Gürcüstan hakimiyyəti sərhədin həmin hissəsinə nəzarət edə bilmirdi və Azərbaycan tərəfi Ermənistan hərbi qüvvələrinin sərhədin bu hissəsindən keçməsinin qarşısını almaq üçün minalar basdırıb. Çünki bu sərhəd üçbucağı eyni zamanla Ermənistanı Gürcüstanla birləşdirir. 

2015-ci il iyulun 6-da “The HALO Trust” Marneuli rayonunun həmin ərazisində minaların tipini və yerini müəyyən etmək üçün Gürcüstan hökumətindən icazə alıb. Lakin təşkilatın meneceri İrakli Çitanava deyib ki, onlar işlərə başlaya bilməyiblər.



“İcazə alandan dərhal sonra biz hazırlıq işlərinə başladıq və avqustda minalanmış əraziyə, sərhədin təxminən 50 metrliyinə yaxınlaşdıq. Ancaq gördük ki, Azərbaycan tərəfi ağır texnikanı, əsgərləri çıxarıb. Onlar tələb etdilər ki, biz ərazini tərk edək. O vaxt XİN-in və sərhəd polisinin nümayəndələri də bizimlə idi. Lakin biz geri çəkilməli olduq”-Çitanava danışıb.

Gürücstan Müdafiə Nazirliyindən təşkilata göndrilən məktubda göstərilir ki, Azərbaycanla sərhəddə minaların təmizlənməsi işləri bu məsələ ilə bağlı yekun razılaşma əldə olunana qədər dayandırılmalıdır. Azərbaycanın işğal altındakı ərazilərində də minaların təmizlənməsi ilə məşğul olan bu təşkilat müəyyən edib ki, cəmi 2.2 milyon kvadratmetr ərazi minalanıb. Minaları təmizləmək üçün iki-üç il vaxt və 3 milyon dollar lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 898 05.04.18 12:24