Bakıda irqçi çağırış: Ərəblərə mənzil kirayə verməyin » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda irqçi çağırış: Ərəblərə mənzil kirayə verməyin

Bakıda ofis rəhbərləri və ya yeni tikililərin komendantları sakinlərə müxtəlif ölkələrdən olan turistlərə öz mənzillərini təklif etməyi qadağan etmək hüququna malik deyillər.
Median.Az xəbər verir ki, bu barədə Oxu.Az-a tarix elmləri namizədi, istefada olan polis polkovniki Tahir Behbudov danışıb.
Oxu.Az redaksiyasına paytaxt sakinləri tərəfindən şikayət daxil olub. Şikayətdə deyilir ki, eyni vaxtda Bakının bir neçə yeni tikilisində liftlərə «Mənzil sahiblərinin nəzərinə!!! Artıq dərəcədə xahiş olunur ki, mənzillərinizi İran və ərəb mənşəli şəxslərə kirayə verməyəsiniz!» yazısı olan kağızlar yapışdırılıb.
Sakinlər həmin müraciətdə gizli irqçilik əlamətləri seziblər.
T.Behbudovun fikrincə, Azərbaycan dövləti turizmin inkişafına diqqət ayırır, bu cür neqativ hadisələrin şahidi olmaq kədər hissi doğurur:
«Azərbaycan qanunvericiliyində analoji hərəkətlərə görə inzibati və ya cinayət cəzasını nəzərdə tutan maddə yoxdur.
Həmçinin bir faktı nəzərə almaq lazımdır ki, qanunla ev sahibləri və yaxud digər şəxslər Azərbaycan Respublikasının vətəndaşına hər hansı bir şəxsə, o cümlədən əcnəbilərə öz əmlakını kirayəyə verməyi qadağan edə bilməz.
Onlar, sadəcə, xahiş edə bilərlər. Kirayə verib-verməməyə isə siz qərar verirsiniz».
Ekspert bildirib ki, ola bilsin, turistlər bu binalarda baş vermiş hadisələr zamanı yaranmış problemlərin səbəbi olublar:
«Məsələn, mənzildə suyu açıq qoyublar, gecələr səs-küy salıblar və yaxud da təmizliyə riayət etməyiblər.
Əgər hətta belə də olsa da, bu, heç kimə mənzillərin əcnəbilərə kirayə verilməsinə mane olmaq hüququ vermir. Turistlərlə Azərbaycan cəmiyyətindəki mədəni normalar mövzusunda söhbətlər aparmaq olar».скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 383 05.04.18 00:41