Kiselyov İlham Əliyev haqqında təəssüratlarını bölüşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kiselyov İlham Əliyev haqqında təəssüratlarını bölüşdü

Azərbaycanlıların bəxti gətirib ki, onların belə lideri var.

Median.Az xəbər verir ki, bu barədə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitriy Kiselyov Sputnikə müsahibəsində bildirib.

Kiselyov qeyd edib ki, “İstəmirəm ki, sözlərim təşviqat kimi qəbul edilsin. Mən həqiqətən də İlham Əliyevlə görüşmüşəm və o mənə öz ölkəsinin tarixini bilən, böyük perspektivlərə baxışı olan məsuliyyətli hökumət lideri təəssüratı bağışladı”.

O bildirib ki, İlham Əliyev öz ölkəsinə inanır, onun infrastrukturu ilə və uzunmüddətli layihələri ilə həm maddi, həm də mənəvi cəhətdən məşğul olur.

“O əsl azərbaycan xarakterini təcəssüm edir. Azərbaycan cavan dövlət olduğu üçün, bu səpkidə formalaşan təsirə ehtiyac duyur. Azərbaycan lidersiz ola bilməz.

Mən hesab edirəm ki, azərbaycanlıların belə bir liderləri olduğu üçün bəxti çox gətirib. O, tələsmir, vaxtını əldən vermir və bu da çox əhəmiyyətlidir. O öz ölkəsini gəmi kimi çox əmin istiqamətdə aparır, təhlükələrdən və riflərdən yan keçir, hər cavan dövlət Azərbaycan qədər bunları ağrısız ötürməyə müvəffəq olmur”- deyərək “Rossiya seqodnya” BİA-nin baş direktoru qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 588 03.04.18 20:11