Polisdən sürücülərə XƏBƏRDARLIQ: "Elə bilirlər kamera ilə çəkməklə..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Polisdən sürücülərə XƏBƏRDARLIQ: "Elə bilirlər kamera ilə çəkməklə..."

Son zamanlar sürücülər tərəfindən Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq, sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb. Sanki sürücülər bu videoları öz müdafiəçiləri kimi görürlər. Bəs görəsən bu görüntülərin çəkilməsi nə qədər qanunidir?

Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov unikal.org-a açıqlama verib.

O, yol polisini video çəkən sürücüləri qınayaraq sürücülərin bu addımını mentalitetə zidd hesab edir:

"Sürücülərin bu cür videoları çəkib sosial şəbəkələrdə və internetdə paylaşması doğru deyil. Mentalitetlə götürəndə belə videoları çəkən şəxslərin bu addımı qınağa səbəb ola bilər. Bu cür hərəkət mentalitetimizə zidddir.Çünki kimisə gizli videoya çəkmək düzgün hərəkət deyil".

Bölmə rəisi əlavə edib ki, bu cür videoların çəkilməsi ilə bağlı qanunvericilikdə boşluq var. Qanunvericilik bu hərəkəti qadağan etmir. Amma sürücülər elə bilir kamera ilə çəkməklə inspektorda qorxu hissi yaradacaqlar. Bu videoları yaymaqla nə əldə edirlər? Əksinə polisin işinə mane olurlar və onların vaxtını alırlar. Təsəvvür edin yarım saatlıq, bir saatlıq video çəkir sonra onun 5 dəq sürücünün özünə sərf edən hissəsini sosial şəbəkələrdə paylaşırlar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 202 03.04.18 15:44