Sumqayıtda uşaqları oğurlayan əxlaqsız manyakın - VIDEOsu (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |    

Sumqayıtda uşaqları oğurlayan əxlaqsız manyakın - VIDEOsu (YENİLƏNİB)

Yayılan məlumatlara görə, seksual manyak məktəblərdəki azyaşlı oğlanları aldadaraq kimsəsiz yerə aparır və onlara qarşı seksual hərəkətlər edir

Sumqayıt əhalisi panika içindədir. Belə ki, şübhəli kişi məktəblərin həyətində dolaşır. Aşağı sinif şagirdlərinin valideynləri sosial şəbəkələrdə və mobil tətbiqlərdə belə bir məlumat yayırlar ki, şəhərdə seksual manyak — pedofil dolaşır.

Eyni zamanda, Sumqayıt şəhər 28 saylı məktəbin pedaqoqu, 10-cu mikrorayonda yerləşən 24 saylı məktəbin arxa həyətindəki müşahidə kamerasının qeydə aldığı video-kadrları yayıb. Həmin video-kadrlar Sputnik Azərbaycan-ın müxbirinə qədər gəlib çatıb.

Məlumata görə, videonu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından biri paylaşıb. Kamera orta yaşlı, ədəb-ərkanla geyinmiş, məktəbin arxa həyətində şübhəli şəkildə dolaşan kişini qeydə alıb. Kişinin hərəkətləri adamda elə təsəvvür yaradır ki, o, nəsə axtarır.

Bir sıra məlumatlara görə, təcavüzkar olduğu şübhə doğuran bu şəxs azyaşlı oğlanları izləyir, onları ovsunlayır, aldadaraq heç kəsin olmadığı yerə aparır və orada onlara qarşı seksual xarakterli hərəkətlər edir.

Pedaqoq valideynlərdən xahiş edir ki, uşaqlarına qarşı diqqətli olsunlar, onları maksimum nəzarət altında saxlasınlar və onlara təhlükəsizlik tədbirləri görməyi, mümkün təcavüzdən necə xilas olmağın yollarını öyrətsinlər.

Sumqayıt Şəhər Polis İdarəsindən (SŞPİ) isə, valideynlərin panikasına səbəb olan məsələni biləndən sonra bildirilib ki, narahatçılığa heç bir əsas yoxdur. Çünki son zamanlar onlara azyaşlıların təcavüzə məruz qalması barədə hər hansı müraciət daxil olmayıb.

"Uşaqlara həmişə və hər yerdə nəzarət etmək lazımdır. Lakin məsələ ondadır ki, həddi-buluğa çatmamış uşaqlara qarşı seksual xarakterli hərəkətlər edildiyi barədə polisə heç bir məlumat daxil olmayıb. Kişinin məktəbin həyətində nəsə axtarması isə o demək deyil ki, həmin adam manyakdır" — deyə SŞPİ-nin məsul əməkdaşı Sputnik Azərbaycan-a bildirib.


Polisin sözlərinə görə, onlar videokamera ilə bağlı məsələni araşdırıblar və informasiyanın doğru olmadığını müəyyən ediblər. Bununla belə, polis məsələni nəzarətdə saxlayacaqlarını qeyd edib.

Maraqlıdır ki, şəhər sakinləri sözügedən videonun çəkildiyi yerlə bağlı vahid fikir bildirməyiblər. Onların hərəsi ayrı-ayrı məktəblərin adını çəkiblər.


* * * * * *

"Whatsapp" mesajlaşma sistemində 24 nömrəli məktəbin yaxınlığında cinayətkarın peyda olması ilə bağlı video və səs yazısı yayılıb.

Videonu yayan şəxs 28 saylı məktəbin müəllimi olduğunu deyir və valideynləri diqqətli olmağa çağırır. Onun sözlərinə görə, həmin cinayətkar aşağı sinif şagirdlərini çağıraraq, ünvan soruşur. Sonra isə şagirdə "gedək, ünvanı göstər” deyərək, onu özü ilə aparır və nalayiq hərəkətlər edir.

28 saylı məktəbin müəllimi videonu polis idarəsindən gələn şəxsin təqdim etdiyini deyib:

"Polis bizdən bu videonu yaymağımızı istədi. Diqqətli olun, övladlarınıza tapşırın ki, tanımadıqları şəxslərdən uzaq olsunlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 389 03.04.18 14:01