Bakıda evlər su altında qaldı: sakinlər təxliyə edildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bakıda evlər su altında qaldı: sakinlər təxliyə edildi - FOTO

Binəqədi rayonunda evləri su basdığından onlarla sakin təxliyə edilib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində baş verib.

Həmidə Məmmədquluzadə küçəsində diametri 1000 santimetr olan su borusu partlayıb. Nəticədə 30-a yaxın ev su altında qalıb. Sakinlər Report-a bildirib ki, cəmi 10 dəqiqə ərzində su bütün küçəni əhatə edib. Ev və mənzillərin içərisində olan məişət əşyaları yararsız hala düşüb. Yaxınlıqda yerləşən məcburi köçkünlərin yaşadığı 3 mərtəbli yataqxananın birinci mərtəbəsində yerləşən mənzilləridə su altında qaldığından birinci mərtəbədə yaşayanlar yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olub. Bütün bunlardan başqa küçədə olan avtomobillər də hərəkətsiz vəziyyətdə qalıb.

Baş vermiş hadisə ilə bağlı əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov və Azərsu ASC-nin rəsmi şəsxləri baxış keçirib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməkdaşları və polislər su basmış evlərdə qalan sakinləri təxliyə edib. Ərazidə müvvəqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb.
Binəqədi Rayon Sukanal Departamentinin rəisi Elnur Əliyev Report-a bildirib ki, diametri 1000 sm olan içməli su borusu Binəqədi rayonunu içməli suyla təmin edir.

"Ehtimal ediliri ki, həmin boru güclü su təzyiqi altında partlayıb. Borunun dəqiq nə səbəbdən partlaması isə qazıntı işləri yekunlaşdıqdan sonra bilinəcək".

Daha sonra Azərsu ASC-nin əməkdaşları xüsusi texnika ilə qazıntı işləri aparıb. Məlum olub ki, su borusunun yeraltı hissədən keçən hissəsi partlayıb.

Rayon İcra Hakimiyyətinin rəsmiləri evlərini su basmış sakinlərlə danışıqlar aparıb. Onlara dəymiş zərərin tezliklə aradan qaldırılması söz verilib.




















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 160 03.04.18 12:11