Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? - Qəbizliyi olanlar çarəsizdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? - Qəbizliyi olanlar çarəsizdir

Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb.

Median.Az bildirir ki, şikayətlərin çoxluğunu nəzərə alaraq, medicina.az-ın əməkdaşı bir neçə aptekdə sorğu aparıb. Məlum olub ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.

Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur.

Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.

Qiyməti də ucuz olduğundan 50 ildən çoxdur, insanların əminliklə istifadə etdiyi vasitədir. Belə bir preparatın bu qədər müddətdir, ölkəyə gətirilməməsi, yaxud apteklərdə satışa buraxılmaması isə kifayət qədər diqqətçəkicidir.

Bu səbəbdən işin mahiyyətini öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, rəsmisi olduğu qurum ölkəyə dərman idxalı ilə məşğul olmur:

"Azərbaycana bütün dərman vasitələri sahibkarlar, farmaseptik firmalar və fiziki şəxslər tərəfindən gətirilir. Səhiyyə Nazirliyi ölkəyə dərman vasitələrinin gətirilməsi işi ilə məşğul olmur. Dövlət müəssisələrinə verilən həyati vacib dərman preparatları çatışmadıqda nazirlik olaraq sahibkarlardan tələb edə bilirik. Qliserin şamının niyə gətirilməməsi məsələsi həmin preparatı ölkəyə idxal edən sahibkara bağlı məsələdir. Amma ola bilməz ki, hansısa aptekdə bu şamdan qalmasın".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 02.04.18 23:52