"Məni söyməyin, nəvələrim də oxuyur" - Hadı Rəcəbli » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Məni söyməyin, nəvələrim də oxuyur" - Hadı Rəcəbli

"Bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Daha sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş bu deputatın fikirləri sosial şəbəkə istfadəçiləri tərəfindən heçdə bir mənalı qarşılanmayıb. Etiraz, təhqir və söyüşlərlə qarşılaşan deputat Hadı Rəcəbli sosial şəbəkələrin bağlanması ilə bağlı fikirlərinin səhv anlaşıldığını deyir. O, sosial şəbəkələrlə bağlı dediyi fikirlərinin yanlış anlaşıldığını və məsələ ilə bağlı açıqlama verən deputat bələ deyib: "Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı. Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar. Mən boyda kişini ünvanına söyüş yazırlar. Bütün mətbuatda bunu yazır. Mən neyləyim? Ona görə deyirəm, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun çərçivəsində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər, oxuyurlar bu söyüşləri, olmaz belə. Mən nə günahın sahibiyəm? Məni niyə söyürlər? Yaşım 70-i ötüb, nəvələrim var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim mətbuatdan qaçır. Necə edim, qaçmayım?”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 740 02.04.18 20:51