Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda dərman məhv edildi

02.04.2018 20:04 2 309
Külli miqdarda dərman məhv edildi
Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində “Referans pharmaceuticals” , “Radez”, “Loğman farm”, “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq” , “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas pharma” və s. firmalar tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda məhv edilib.

Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən külli miqdarda dərman vasitələri müsadirə edilərək ekolojı poliqonda məhv edilib:

Məhv edilən dərman preparatları və qida əlavələrinin ümumi dəyəri 352000 manat təşkil edir.

Son xəbərlər