Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Ə, hə də polis tutdu” – Qadının telefonunu oğurlayan şəxs əsəbiləşdi – VİDEO

02.04.2018 18:56 2 560
“Ə, hə də polis tutdu” – Qadının telefonunu oğurlayan şəxs əsəbiləşdi – VİDEO
Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxsi yaxınlıqda olan polis əməkdaşları dərhal zərərsizləşdirib.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, paytaxt sakini olan bir qadın martın 30-da Bakının Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.

Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.

Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

Fərid Axundov (saxlanılan şəxs): “Ə, hə də qızın cibindən telefonu çıxaranda polis də tutdu, vəssalam. Satacaqdım. Üstümdə bıçaq var idi”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.

Son xəbərlər