İmam Əliyə keçirilən ad günü mərasimi tənqid olundu - Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İmam Əliyə keçirilən ad günü mərasimi tənqid olundu - Video

Azərbaycanda Hz. Əlinin mövlud günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. “Qafqazinfo” xəbər verir ki, doğum günü mərasimi üçün Hz. Əlinin şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq “Happy Birthday” mahnısı səsləndirilib.

Xeyli sayda sosial şəbəkə istifadəçiləri mövludun qərb adətləri ilə keçirildiyini, bunun isə dini gülünc vəziyyətə saldığını yazıb.

“Qafqazinfo” məsələylə bağlı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən münasibət öyrənib. İlahiyyatçı bildirib ki, mövludların bu tərzdə keçirilməsini düzgün hesab etmir:

“Dini tədbirlərin öz xarakteri var və özünəuyğun formada keçirilməlidir. Bu sahədə xalqımızın adət-ənənələri də var. Əlbəttə ki, zaman keçdikcə müəyyən dəyişikliklər etmək olar. Ancaq bu dəyişikliklər edildiyi zaman ifrata varmaq qətiyyən yolverilməzdir. Dini mövzu həssas olduğu üçün bu kimi tədbirlər keçirilən zaman tədbirin xarakteri nəzərə alınmalıdır.

Bu kimi hallarında yaşanmasında insanların dini savadının o qədər də yüksək olmamasının da müəyyən qədər rolu var. Ancaq bir sıra məsələlər var ki, ona elə bir ciddi dini savad tələb olunmur. Bunları kitabdan öyrənmək məcbur deyil. Mən kimisə qınamaq istəmirəm. Bəlkə də onlar sevgilərini ifadə etməyə çalışıb. Bunun məqsədli şəkildə, pis niyyətlə edilməsinə inanmıram. Dini tədbirlər bir qədər ağır keçirilməlidir. Şənlənməyin əleyhinə deyilik, ancaq kənardan gülünc görünən, insanlarda aşağılayıcı gülüş yaradacaq hərəkətlərə yol vermək olmaz”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 910 02.04.18 12:52