Hafiz Hacıyev: "Əli Kərimlini və Cəmil Həsənlini dar ağacından asacam" - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hafiz Hacıyev: "Əli Kərimlini və Cəmil Həsənlini dar ağacından asacam" - VIDEO

"Kərimov Əli, özünü, ailəni qoruyub saxlaya bilmirsən. Sən bizi niyə təhqir edirsən? Sən bizi niyə terrorçu adlandırırsan?"

Bu sözləri prezidentliyə namizəd Hafiz Hacıyev ötən gün "İctimai" kanalında prezidentliyə namizədlərin debatı zamanı öz çıxışında bildirib.

Müasir Müsavat Partiyasının sədri Cəmil Həsənlinin onun haqqında səsləndirdiyi fikirlərə də kəskin reaksiya verib:

"Bunun yanında bir təlxək var. Qızını erməniyə verən təlxək. Bir dəfə onu döyüb burdan qovdum. Anara və Çingiz Abdullayevə böhtan atdı ki, niyə prezidentliyə namizədi dəstəkləyirsiz? Bunlar görür ki, əlləri hər yerdən kəsilir, arxaları ilə gedən yoxdu başlayırlar bizi təhqir etməyə. Həsənov Cəmil çıxışında deyir ki, 8 nəfər şəxs cinayətkardır. Həsənov Cəmil, sən şərəfsizin başında duran, namuzsuz adamsan. Qızını erməniyə vermisən. İndi ermənilərin tapşırığı ilə Azərbaycanda çevriliş etmək istəyirsən. Sən buna nail ola bilməyəcəksən.

Azərbaycan hakimiyyətinin daxilində milli qeyrəti olmayan insanlar çoxdur. Sənə pas verirlər və səni öyrədirlər. Kərimov Əliyə pul da verirlər. Bunları bilirik. Amma bu dövləti qoruyub oxumaq istəyən insanlar var. Onun biri İlham Əliyevdir, ikincisi Hafiz Hacıyevdir. Ya prezident mən olacam, ya da İlham Əliyev. Sizi dar ağacından asacam".
/baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 486 02.04.18 12:26