16:55 Prezident Aleksandr Şarovski ilə bağlı sərəncam imzaladı  |     16:32 Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi  |     16:05 Narkoloji xəstə məhkumların videogörüş keçirmələrinə icazə veriləcək  |     15:40 DVX-nin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib  |     14:33 Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir  |     14:05 Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub  |     13:51 Azərbaycan nefti bahalaşıb  |     13:39 Ölkə ərazisində hava yağıntılı olub, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA  |     13:20 ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayırlar - VİDEO  |     13:06 Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb  |     12:48 Bakıda polis maşını qəzaya düşdü  |     12:47 Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq  |     12:45 FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO  |     12:42 Düşənbədə bütün çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq  |     12:39 Rusiyalı müğənni ABŞ-nin sanksiyalar siyahısından çıxarıldı  |     12:38 “Charlie Hebdo”nun Türkiyədəki fəlakətlə bağlı karikaturası “faşist yumorunun” təzahürüdür  |     12:35 Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO  |     12:23 Qardaşımızın dərdinə riyakarcasına gülən ermənilər: “Yardımı zəhərləyib göndərməli idik” - VİDEO  |     12:10 Suriyada zəlzələdə ölənlərin sayı artmaqda davam edir: SON VƏZİYYƏT  |     12:00 Kahramanmaraş, Qaziantep zəlzələdən əvvəl və sonra - VİDEO  |    
Kəlbəcərsiz 25 il
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.

Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 147 02.04.18 11:47